Konstantin Lupulesku (; doğ. 25 mart 1984, Buftya, Rumıniya) — rumıniyalı şahmatçı, qrosmeyster (2006). Ölkəsinin ən yüksək əmsallı oyunçusudur.

Şahmat karyerası Gənclər arasında Avropa çempionatının ikiqat mükafatçısıdır: bürünc (1998, Murekk, 14 yaşadək kateqoriyasında) və gümüş (2000, Halkidiki, 16 yaşadək kateqoriyasında). Yeddi dəfə Rumıniya çempionatında medal qazanıb: beş dəfə qızıl (2007, 2010, 2011, 2013, 2015), iki dəfə bürünc (2008, 2009).

Dəfələrlə Rumıniyanı komanda yarışlarında təmsil etmişdir: dörd dəfə şahmat olimpiadalarında (2004, 2008, 2012, 2014) altı dəfə Avropa çempionatlarında (2005, 2007, 2009, 2011, 2013, 2015) 16 yaşadək yeniyetmələr arasında şahmat olimpiadasında (2000) iki dəfə 18 yaşadək yeniyetmələr arasında Avropa çempionatlarında (2001, 2002)

O, 2009, 2011, 2013 və 2015-ci il Dünya Kuboklarında iştirak etmiş və ilk raundlarda müvafiq olaraq Liviu-Diter Nisipianu, Rüstəm Qasımcanov, Krişnan Sasikiran və İqor Lısıy tərəfindən məğlub edilmişdir. Lupulesku 2003 və 2006-cı illərdə Buxarest turnirinin qalibi olmuşdur. 2008-ci ildə Timişoara turnirində Vladislav Nevedniçi ilə birinci yeri bölüşdürmüşdür. Eyni ildə Buxarestdə keçirilmiş Viktor Çokıltyanın xatirə turnirində ikinci yeri tutmuş və Open Romgaz turnirində Tamaz Gelaşvili, Anton Filippov, Nicat Məmmədov və Aleksandr Zubarev ilə 4-8-ci yerləri bölüşdürmüşdür. 2013-cü ildə şahmat üzrə şəxsi Avropa çempionatında Aleksandr Moiseyenko, Yevgeni Romanov, Aleksandr Belyavski, Qrant Melkumyan, Fransisko Valexo Pons, Sergey Movsisyan, Yan Nepomnyaşşiy, Aleksey Dreev və Yevgeni Alekseyev ilə 1-8-ci yerləri bölüşdürmüşdür. 2014-cü ildə İrəvan-da keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatında 11 raundda 8 xal toplayaraq 6-cı yeri tutmuşdur. Eyni ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr olunmuş ənənəvi “Baku Open-2014” Beynəlxalq şahmat festivalında iştirak etmişdir. O, “A” (güclülər) turnirində Rusiya şahmatçısı Ernesto İnarkiyev ilə eyni xal toplayaraq 1-2-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə turnirin qalibi adını Ernesto İnarkiyev qazanıb.Martínez, David (2014-10-01). "Inarkiev wins photo finish at Baku Open" . Chess24.Silver, Albert (2014-10-03). "Strong Baku Open is won by Inarkiev" . ChessBase.

İstinadlar

Xarici keçidlər

FIDE Chess profili Constantin Lupulescu. Chess-DB.com Constantin Lupulescu. Chessgames.com Constantin Lupulescu. 365Chess.com

Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Rumıniya şahmatçıları Kateqoriya:Rumıniyada doğulanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları