Adetayo Oluvatosin Olusequn Edun (14.5.1998) — Fulhem klubundan icarə əsasında Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.

Erkən həyatı Edun Londonun İslinqton bölgəsində anadan olmuşdur. O, Enfild Gimnaziyasında təhsil almışdır.

Klub karyerası

Fulhem Edun öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Fulhem klubu ilə Liqa Kubokunda Leyton Orient klubuna qarşı oyunda etmişdir.

İpsviç Taun 3 avqust 2018-ci ildə Edun Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.

Milli karyerası Edun İngiltərədə anadan olmuşdur. Valideynləri isə Sent-Vinsent və Qrenadin və Nigeriya vətəndaşlarıdır. O, İngiltərə millisinin U-17, U-18, U-19 və U-20 yığmalarında çıxış etmişdir.

Edun İngiltərə U-17 millisinə 2015 UEFA Avropa U-17 Çempionatı və 2015 FİFA Dünya U-17 Çempionatında iştirak etmək üçün dəvət almışdır.

Edun İngiltərə U-19 millisinə 2017 UEFA Avropa U-19 Çempionatında iştirak etmək üçün dəvət almışdır. O, final görüşündə iki sarı vərəqə alaraq meydanı tərk etmişdir, lakin İngiltərə millisi Portuqaliya millisinə qalib gəlmişdir. Edun sonradan turnirin komandası heyətinə daxil edilmişdir.

Karyera statistikası

KlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolFulhem2016–17Çempionşip000030——302017–18Çempionşip200020——40Ümumi karyera2000500070

Uğurları İngiltərə U-19 UEFA Avropa U-19 Çempionatı: 2017

Fərdi UEFA Avropa U-19 Çempionatı Turnirin Komandası: 2017

İstinadlar

Xarici keçidlər Profile on Fulham website England profile at The FA

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:İpsviç Taun FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Bləkbörn Rovers FK futbolçuları Kateqoriya:Çarlton Atletik FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri