Atka adası — (, ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir.
Coğrafiyası Atka adasının ümumi sahəsi 1048 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 22-ci adasıdır. Adak adasından 80 kilometr şərqdə yerləşmişdir. Adanın uzunluğu təxminən 3,2 km ilə 105 km arasında, eni isə 32 km-dir. Adanın şimal-şərqində isə adanın ən yüksək nöqtəsi hesab edilən Korovin vulkanı yerləşmişdir. Bu vulkan dəniz səviyyəsindən 1533 m hündürlükdə yerləşmişdir. Atka adasının ən qərb nöqtəsindən 5,5 km uzaqlıqda, kiçik Oqlodak adası və Kiqun burnu yerləşmişdir. Ada dağlıqdır. Adanın səthi tundra bitkiləri, mamırlar, şibyələr və qıjılar ilə örtülmüşdür.
Adanın iqlimi soyuq dəniz iqlimi ilə səciyyələnir. Ada sıx dumanlarla və yağıntılarla örtülü olur.
Tarixi Ada 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
Əhalisi 2000-ci il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 95 nəfərdən ibarətdir.Atka Island: Blocks 1085 thru 1100 and Block 1103, Census Tract 1, Aleutians West Census Area, Alaska United States Census Bureau Demək olar ki, əhalinin hamısı Atka yaşayış məntəqəsində yaşayırlar. Bu məntəqə adanın şərq sahillərində yerləşir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Andreyanov adaları Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizi adaları