Məktəb № 3 - Taqanroq şəhərinin ərazisində, Kalinina küçəsi, ev 109 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1966-cı ildə təsis edilmişdir.

Məktəbin tarixi XX əsrin əvvəllərində Mayakovski meydanında kərpiçdən iki eyni arxitekturalı bir mərtəbəli binalar inşa edilir. Hansı ki, onların birində Yelizavetinski 1-ci qızlar uçilişi və Aleksandrovski kişi uçilişi yerləşmişdiКиричек, Маргарита Сергеевна Дворцы и особняки Таганрога. — Таганрог: БАМbook, 2014. — 164 с.. Binalar Nekrasov xiyabanına baxırdı. Sovet hakimiyyəti qurulduqdan sonra burada 3 nömrəli əmək məktəbi təşkil edilir. 1930-cu ildə yeddi illik orta məktəbə çevrilir. Burada 600 şagird təhsil alırdı.

İşğal zamanı (1941-1943) məktəq Taqanroq balıqtəmizləmə zavodunun klubunda yerləşirdi. Klub Dobrolyubovski xiyabanında yerləşirdi.

Kosmanavtlar muzeyi Kosmanavtlar muzeyini əmək müəllimi və gənc texniklər dərnəyinin rəhbəri, Taqanroqun fəxri vətəndaşı Qriqori Konstsntinoviç Bardaşyov tərəfindən təşkil edilmişdir. Muzeyin ekspantları dünyanın 13 ölkəsini gəzmişdir. Muzey 85 müxtəlif dellara layiq görülmüşdür. Ona hətta Qaraqin və Koroleva medalı verilmişdirСдатчикова И. Музейные проблемы школы номер три // Таганрогская правда. — 2016. — 19 мая.. İlk əvvəllər muzey məktəbin ikinci mərtəbəsində yerləşən kabinetlərin birində yerləşirdi. Lakin sonradan bura daxil olan ekpanatları sayı artdıqca ikinci mərtəbənin yarısını tutmağa başlamışdır.

2016-ci ildə məlum olur ki, məktəb rəhbərliyi muzeyi məktəbin tir zalına köçürməyi düşünür səbəb isə otaqların tədrisə lazım olması olurПроницательный Г. В Таганроге собираются выжить из школы единственный школьный музей космонавтики // www.ruffnews.ru. — 2016. — 12 июня..

Məktəbin direktorları 2013-cü ildən indiyənə kimi — Yelena Nikolayevna Svetkova 1945 - 19?? — İrina Yakovleva BreyqinaКиричек, Маргарита Сергеевна Мои воспоминания о Марке Климове // www.rostovnews.net. — 2013. — 30 авг. 192? - 1941 — Т. Q. Laqutenko.

Tanınmış əməkdaşları və məktəbin şagirdləri Marqarita Sergeyevna Kiriçek (1930) — məktəbin yetirməsi, rus tarixçisiАндреенко С. А. Киричек Маргарита Сергеевна // Энциклопедия Таганрога. — Таганрог: Антон, 1998. — С. 292. — ISBN 5-88040-017-4.. Mark Mitrofanoviç Klimov (1931—1975) — məktəbin yetirməsi, rus aktyoru, Rusiyanın əməkdar artistiШмульян Г. Т, Глушко В.А. Климов Марк Митрофанович // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 393. — ISBN 978-5-88040-064-5.. Anatoli Georgiyeviç Lomakin (1921—1944) — məktəbin yetirməsi, sovet təyyarəçisi, Sovet İttifaqı qəhrəmanı. Nadejda Fyodorovna Şvets (1959) — məktəbin yetirməsi, ukraynalı rəssam, Ukraynanın əməkdar artistiШостак Н. Главный художник Харьковского театра оперы и балета раскрыла тайны // Вечерний Харьков. — 2009. — 26 сент..

Mənbə Официальный сайт Школы № 3

Həmçinin bax Məktəb № 24 (Taqanroq) Məktəb № 9 (Taqanroq)

İstinadlar

Kateqoriya:Taqanroq məktəbləri