Hacı Seyid Zeynalabdin Rəhimzadə Xoyi () — İran Milli Məclisinin üzvü, siyasətçi.
Həyatı Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi.
Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi.
Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.
Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:İran siyasətçiləri