Kürasao () — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir.
Tarixi 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi.
Ərazisi thumb|Kürasaonun paytaxtı olan Villemştad. Ərazisi 444 km²-dir.
Əhalisi 2016-cı ilin yanvar ayına olan məlumata görə əhalisi 158,986 nəfərdir. Xalqın əksəriyyəti Afrika mənşəli olub Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya, Venesuela mənşəlilərdən ibarətdir.
Dil Yerli dili papyamento dili olmasına baxmayaraq, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili idi. Həmin il papyamento dili də ikinci rəsmi dil kimi qəbul olunmuşdur. 2001-ci ilin statistik göstəricilərinə görə, Kürasao əhalisinin 81 %-i evdə papyamento dilində danışarkən 8 %-i Niderland dili, 6 %-i ispan, 3 %-i ingilis və 2 %-i də digər dillərdə danışır.
Din 2001-ci ilin statistik göstəricilərinə görə, Kürasao əhalisinin 80,1 %-i katolik, 4,6 %-i dinsiz, 3,6 %-i protestant, qalan hissəsi də digər dinlərin təəssübkeşləri idi.
İstinadlar
Xarici keçidlər
Curaçao Tourism Board Directory and information guide for Curaçao First Millennium Development Goals and Report. Curaçao and Sint Maarten. 2011
Həmçinin bax
Kateqoriya:Niderland Karibi Kateqoriya:Muxtar bölgələr Kateqoriya:Ada dövlətlər Kateqoriya:2010-cu ildə yaranmış dövlətlər və ərazilər