Kiçik ayrım — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 12 km şimal-şərqdə, Borçalı (Debet) çayının sol sahilində yerləşir. Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və ayrım türk tayfa adındanVəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.43–44ASE, I c., B., 1976, s.97 əmələ gəlmişdir.
Ə. Babazadə "Ayrım dialekti" əsərində göstərir ki, ayrımlar oğuz tayfalarından biri olan eymurların xələfləridirQuliyev Ə. Ayrımlar haqqında. — Azərbaycan filologiyası məsələləri, III bur., Bakı, "Elm", 1991. s.202. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939-cu ildə 207 nəfər, 1959-cu ildə 233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979-cu ildə 388 nəfər azərbaycanlı yaşamışdırHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.244.
1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi buralarda yalqız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Loru kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri