Abdu-Laxad Diallo (; ) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen FK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. Fransada doğulan futbolçu Seneqal millisində çıxış edir.
Klub karyerası
Monako Diallo Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Diallo öz peşəkar karyerasında debütünü Monako klubu ilə 14 dekabr 2014-cü ildə etmişdir. Həmin görüşdə Monako II Lui stadionunda keçirilən oyunda Olimpik Marsel klubu ilə üz-üzə gəlmişdir. Bernardo Silva oyunda yeganə qolun müəllifi olmuşdur.
2015-ci ilin iyun ayında Diallo Zulte Varegem klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.
Maynz 05 2017-ci ilin iyul ayında Diallo Bundesliqa təmsilçilərindən olan Maynz 05 klubu ilə beş illik müqavilə imzalamışdır. O, 5 milyon avro qarşılığında Monako klubundan transfer olmuşdur.
Borussiya Dortmund 26 iyun 2018-ci ildə Diallo Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubu ilə beş illik müqavilə imzalamışdır.
Pari Sen-Jermen 16 iyul 2019-cu ildə Diallo "Pari Sen-Jermen"lə 2024-cü ilə qədər müqavilə imzaladı. Paris klubuna oyunçu 32 milyon avroya başa gəlmişdir.
Milli karyerası Diallo Fransada anadan olmuşdur. Valideynləri isə Seneqal vətəndaşlarıdır. Diallo Fransanın bir neçə yaş səviyyələri millilərində çıxış etmişdir, hətta U-21 gənclər yığmasının kapitanı olmuşdur.
17 mart 2021-ci ildə Seneqal millisi onu ilk dəfə öz heyətinə cəlb etmişdir. Millidə debütunu 26 mart tarixində keçirilən və 0–0 hesabı ilə başa çatan Konqoya qarşı oyunda etmişdir.
Karyera statistikası
Klub
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaKubokLiqa KubokuKontinentalÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolMonako2014–15Liqa 150102000802016–1750401010100Ümumi100503010160Zulte Waregem (icarə)2015–16Yupiler Pro Liqa33320——353Maynz 052017–18Bundesliqa27231——303Ümumi karyera7051013010846
Uğurları
Klub Monako Liqa 1: 2016–17
İstinadlar
Xarici keçidlər France profile at FFF
Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Diallo Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Seneqalın kişi futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:Legioner Seneqal futbolçuları Kateqoriya:RB Leypsiq FK futbolçuları Kateqoriya:Fransa U-19 milli futbol komandasının futbolçuları Kateqoriya:Almaniyada legioner Fransa idmançıları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları