Hadisələr 5 yanvar - Qvatemalanın Meksika imperiyasına birləşdirilməsi. 11 yanvar - Pio-de-Janeyrodakı Portuqaliya ordusu tərəfindən Braziliyada vəziyyəti nəzarət altına almaq üçün üğürsuz cəhd göstərilməsi. 16 fevral - Portuqaliya ordusunun Braziliyadan çıxarılması. 11 aprel - Yunanıstan tarixində ən faciəli səhifələrdən biri olan Xios qırğınının baş verməsi. 21 may - Aqustin İturbidenin Aqustin adı ilə Meksika imperatoru olması 24 may - General Antonio Xose Sukre ordusu tərəfindən Piçinça vulkanı yaxınlığında İspaniya ordusunun məğlub edillməsi. 11 iyul - Simon Bolivarın ordusunun Quayakilə daxil olması 16 iyul - Simon Bolivarın ordusunun Kitoya daxil olması. 21 iyul - Birinci Meksika imperiyasının yaradılması. 31 iyul - Ekvadorun Böyük Kolumbiyanın tərkibinə daxil olması. 7 sentyabr - Braziliyanın Portuqaliyadan ayrılaraq öz istiqlaliyyətini elan etməsi. 22 sentyabr - Perunun istiqlaliyyətinin elan edilməsi. Hakimiyyətin general Xose Dominqo de La Mara başda olmaqla Ali hökumət xuntasının yaradılması. 1 oktyabr - Portuqaliyanın ilk Konstitusiyasının qüvvəyə minməsi. Misirdə Bulaq mətbəəsi yaradıldı. Fransız alimi Fransua Şampalyon "Rozetta" daşına əsasən Misir heroqliflərinin sirrini açdı. Qarabağ xanlığı ləğv edildi.
Doğumlar Fransız naturalizminin carçısı, yazıçı - Edmon Qonkur.
Ölümlər Valentin Haüy