Azərbaycan–Finlandiya münasibətləri — Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi AXC dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Balaxanı ərazisindəki Nobel qardaşlarının ofisində Finlandiyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul agenti Veqelius rəhbərlik etmişdirXarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az .

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 24-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

Finlandiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildirATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31.01.2009 . Hətta Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Rusiya ilə birlikdə Finlandiya başçılıq etmişdir.

Finlandiyadaki Azərbaycanin səfirliyi Stokholm şəhərində yerləşir.

Azərbaycanda Finlandiyanin səfirliyi təsis edilməyib. Bakida Finlandiyanin fəxri konsulluğu fəaliyyət göstərir. Finlandiya Cənubi Qafqaz ölkələrinə səyyar səfiri təyin edib. Səfirin istiqamətgahi Helsinkida yerləşəir.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Vaqif Vəkilov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az . Hazirki qrupunun rəhbəri — Razi Nurullayev.

İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları

Həmçinin bax Avropa Birliyi–Azərbaycan əlaqələri

İstinadlar

Xarici keçidlər İsveç Krallığındakı Azərbaycanin səfirliyi Rəsmi sayti Finlandiyanin Cənubi Qafqaz ölkələrində səyyar səfiri Rəsmi sayti Azərbaycandaki Finlandiyanin fəxri konsulluğu Rəsmi sayti