Çilovxanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi İrəvan-Gümrü yolunun yanında, Gümrü şəhərindən 6,5 km qərbdə yerləşir. Kəndin başqa adı mənbələrdə Çilovxan, Çlovxanlı, Çlovxan, Celoxan kimi də göstərilirHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.654. XVIII əsrdə Qarabağda Ibrahim xana məxsus mülklərdən biri də "Cilovxan" adlanırdı.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Beniamin (erməni generalmayoru Qalstyanın adı) qoyulmuşdur.
Toponimi Toponim muğanlı tayfasından olan çilovxanlı nəsil adı əsasındaГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.72 əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə loponimdir.
İstinadlar
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri