Prokofi Caparidzenin heykəli — 26 Bakı Komissarlarından biri olmuş Prokofi Caparidzenin şərəfinə Bakıda yerləşmiş abidə. Abidə Azadlıq və Vaqif prospektlərinin kəsişməsində yerləşirdi. Heykəltaraş Ömər Eldarov, Memar isə Rasim Əliyev olmuşdur. Abidə 1980-ci ildə ucaldılmışdır189.Eldarov Ö., memar. Əliyev R.A. Caparidze heykəli. Bürünc, qranit. 1980. Bakı.. Bu heykələ görə Ömər Eldarova 1982-ci ildə Azərbaycan SSR-in dövlət mükafatı verilmişdir. 27–28 aprel 2009-cu il tarixlərində Prokofi Caparidzenin heykəli demontaj olundu. Həmin ərəfələrdə Məşədi Əzizbəyovun heykəli də demontaj olundu. 2012-ci ildə heykəlin yerində Koroğlu heykəli ucaldıldı. Heykəlin müəllifi Məşədi Əzizbəyovun heykəlinin müəllifi Tokay Məmmədov olmuşdur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:1980-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Ömər Eldarovun heykəlləri Kateqoriya:1980-ci ilin heykəlləri