Boris Delone () — Rusiyanın ilk alpinistlərindən biri, Sovet riyaziyyatçısı və Nikolay Borisoviç Delonenin atası. 

Delone sözü kril qrafikasından birbaşa tərcümədir və o, bunu tez-tez nəşrlərdə istifadə edirdi. Delaunay ləqəbini isə o, erkən fransız və alman nəşrlərində istifadə edirdi.

Həyatı Boris Delone öz soyadını 1812-ci ildə Napoleonun Rusiyaya hücumu zamanı əsir götürülən fransız hərbi qüvvələrinin zabiti olan əcdadı De Launaydan götürmüşdür. De Launay Bastiliya qubernatorunun qardaşı oğlu olub. O, Tuxaçevskidən olan nəcib bir ailədən qadınla ailə həyatı qurur və Rusiyada qalır.Memoirs  by Boris Rozenfeld, p. 61 (in Russian)

Boris gənc yaşlarında olanda ailəsi yay aylarını Alp dağlarında keçirirdi və beləcə, o, alpinistliyi öyrənmişdir. 1913-cü ildə o, Rusiyanın ilk üç dağ alpinistlərindən biri olmuşdur. Rusiya inqilabından sonra, Qafqazda və Altayda dağları fəth edirdi. Beluxa yaxınlığında dağlardan biri (4300 m) onun şərəfinə adlandırılmışdır. 1930-cu ildə SSRİ ərazisində alpinistlik üzrə magistr dərəcəsi alalardan biri idi. Boris Delone daha sonralar Nobel mükafatı laureatı alan İqor Tam ilə birlikdə dağlarda turist düşərgələrinin əsasını qoyub.

Boris Delone müasir cəbr və ədədlərin həndəsi xüsusiyyətləri sahələrində də çalışmışdır. O, müasir riyazi kristalloqrafiya və kristaların ümumi riyazi modelinin inkişafında Evqraf Fyodorov, Herman Minkovskiy, Qeorqey Voronoy kimi müxtəlif riyaziyyatçıların əsərlərindən istifadə etmişdir.Senechal, Marjorie (1995), Quasicrystals and Geometry, Cambridge: Cambridge University Press Boris Delone 1934-cü ildə hazırda Delaunay Trianqulyasiya kimi adlandırılan məfhumu da kəşf etmişdir,Delaunay, Boris (1934), "Sur la sphère vide", Otdelenie Matematicheskikh i Estestvennykh Nauk, 7, pp. 793–800 riyaziyyatda Delone kombinasiyası da onun şərəfinə adlandırılıb. Aleksandr Aleksandrov və İqor Şafareviç onun tanınmış tələblərindəndir.

Boris Delone 1929-cu ildə, SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir Boris Nikolaevich Deaunay (in Russian) , Division of Higher Geometry and Topology, Mathematics and Machanics Department, Moscow State University.. O, həmçinin 1934-cü ildə Leninqradda keçirilən Sovet İttifaqında ali məktəb tələbələri üçün ilk riyazi olimpiadanın da təşkilatçısı olmuşdur. S. S. Ryshkov, D. K. Faddeev and M. I. Shtogrin Boris Nikolaevich Delone (on the occasion of his eightieth birthday).  Russian Mathematical Surveys, vol. 26 (1971), pp. 199–203; p. 200

Kitabları Delone, B. N.; Raikov, D. A. (1948, 1949).  Analitik Həndəsə (2 cilddə) Dövlət Texniki Nəşriyyatı, Rusiya Kolmoqorov, A. N., et al. (1969). Riyaizyyat; Onun məzmunu, metodları və mənası, Analitik Həndəsə bölməsi B. N. Delone ilə. MİT Nəşriyyatı( Tərcümə)

İstinadlar

Xarici keçidlər N.P.Dolbilin. The Delone Peak 80th Birthday - Reproduction of an article in Russian Mathematical Surveys 26 (1971) 199-203, with the kind permission of the London Mathematical Society Pages 199, 200, 201, 202, 203; Also in PDF format Boris Nikolaevich Delone (On his seventieth birthday) Boris Delaunay at the Mathematics Genealogy Project O'Connor, John J.; Robertson, Edmund F., "Boris Delaunay", MacTutor History of Mathematics archive, University of St Andrews. Biography (in Russian) on the website of the Moscow State University

Kateqoriya:Rus riyaziyyatçılar Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:Rusiya alpinistləri Kateqoriya:Moskva Dövlət Universitetinin professorları Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:Kiyev Politexnik İnstitutunun müəllimləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri