David Brüster (11.12.1781, Roksbro qraflığı, Cedboro – 10.2.1868, Melroz yaxınlığında Allerbi) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1815), Peterburq Elmlər Akademiyasının əcnəbi fəxri üzvüBrüster// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 170. — Səh.: 8. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Həyatı Edinburq Universitetində oxumuşdur. 1838– 59-cu illərdə Sent-Andrusda kolleclərin rəhbəri və universitetin professoru, sonra Edinburqda universitet professoru olmuşdur. 1849-cu ildən Britaniya elmlərin inkişafı assosiasiyasının prezidenti idi.
Fəaliyyəti Əsas elmi əsərləri fiziki və tətbiqi optikaya, elmin tarixinə həsr olunmuşdur. Biroxlu və ikioxlu kristallarda işığın xromatik polyarlaşmasının təsvirini vermişdir (1813– 14). 1815-ci ildə dairəvi pol yarlaşmanı kəşf etmiş və əks olunma (qayıtma) zamanı işığın polyarlaşmasını tədqiq edərək, Brüster qanununu müəyyən etmişdir. Süni anizotrop mühitlərdə şüanın ikiqat sınması hadisəsini kəşf etmişdir. Mayaklar üçün linzalar quraşdırmış, kaleydoskop ixtira etmiş (1816) və stereoskopu təkmilləşdirmişdir. İ. Nyutonun bioqrafiyasının müəllifidir.
İstinadlar
Xarici keçidlər The Brewster Kaleidoscope Society Works by David Brewster at Project Gutenberg Works by or about David Brewster at Internet Archive Brewster's (1834) "On the colours of natural bodies," Transactions of the Royal Society of Edinburgh, vol. 12, p. 538-545. - Linda Hall Library
Kateqoriya:Oyuncaq ixtiraçıları Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Edinburq Universitetinin müəllimləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri