Rafiq Yunisəli oğlu Qasımov () — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1983).
Həyatı Rafiq Qasımov 26 iyun 1931-ci ildə İrəvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirən Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ EA-nın İ. P. Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb.
Rafiq Qasımov 1958-ci ildə "Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə "Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan Rafiq Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
Rafiq Qasımov 1965–1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А. Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri olmuş və 1974-cü ildən həmin institutda baş elmi işçidir.
2018-ci ildə "Rafiq Yunis-Əli oğlu Qasımov" adlı biblioqrafiya nəşr olunub.https://azertag.az/xeber/rafiq_yunis_eli_oglu_qasimov_biblioqrafiyasi_nesr_edilib-1180725
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü SSRİ EA-nın Fiziologiya Bölməsinin "Ali sinir fəaliyyətinin və davranışın genetikası" problemi üzrə komissiya sədrinin müavini (1985–1990); İxtioloji Komissiyanın Əlaqələndirmə Şurasının sədr müavini (1974–1990); İxtioloji Komissiyanın Elmi Şurasının üzvü; "Təkamülün biokimyası və fiziologiyası" jurnalının redaksiya heyətinin üzvü (1986–1992); SSRİ AAK-nın Fiziologiya üzrə Ekspert Şurasının üzvü (1988–1989); Beynin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın üzvü (İBRO, 1999–2010); Xəzər dənizinin problemləri üzrə Elmi Şuranın üzvü (1991–1996); Bioloji Ehtiyatlar Komissiyasının üzvü; Böyük Britaniyanın "BP-Azerbaijan" Neft Şirkətində ekologiya üzrə müstəqil ekspert 2010–2014-cü illərdə AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunda Dissertasiya Şurasının üzvü; 2010-cu ildən AMEA-nın Veteranlar Şurasının sədri;
Təltif və mükafatları Rafiq Qasımov 1989-cu ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Bürünc" medalına layıq görülüb. Həmçinin 1996-cı ildə ekologiya sahəsində xidmətlərinə görə H. Ə. Əliyev adına medalla təltif olunub. 1982-ci ildə isə Leypsiq (ADR) yarmarkasında böyük Qızıl medalla mükafatlandırılıb.
Azərbaycan Prezidentinin 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Elmi əsərləri 1. Наследование некоторых свойств высшей нервной деятельности при межвидовой гибридизации.// Изв. АН ССР, ССР. Биол. Наук, 1962, № 1, стр. 56–59.
2. Сравнительная характеристика поведения дикой и заводской молоди осетровых в раннем онтогенезе. Монография, Изд-во "Эльм", Баку 1980, 180 стр.
3. Эколого-физиологические особенности развития ценных промысловых рыб Азербайджана. Монография., Изд-во "Эльм", Баку, 1987, 132 с.
4. Влияние нефти и нефтепродуктов на осетровых и других видов рыб. "Осетровые СССР и их воспроизводство". Труди УННОРХ, Москва, 1971, Т.3, с. 191–195
İstinadlar
Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan bioloqları Kateqoriya:Azərbaycanlı bioloqlar Kateqoriya:Biologiya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:SSRİ bioloqları