Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı () — Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq təşkilat. Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının fəaliyyət prinsipləri kimyəvi silahların istifadəsinə dair müqavilə də göstərilmişdir. Əsas orqanın iclası illik keçirilir və bütün üzv dövlət bərabər səsvermə hüququna malikdir. Üzv dövlətlər təşkil edilən görüşlərdə bir nəfər olmaqla nümayəndə və ya Hollandiyada yerləşən səfirliklərinin əməkdaşları hesabına qatılırlar. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının sədri vəzifəsini 2010-cu ildən etibarən Türkiyədən olan nümayəndə Əhməd Üzücü icra edir.

Təşkilatın rəhbəriliyi ÖlkəAdıFəaliyyətə başlamasıXose Bustani13 may 1997Rogelio Pfirter25 iyun 2002Əhməd Üzücü25 iyun 2010

Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:XXI əsrdə hüquq Kateqoriya:Müqavilə əsasında yaradılan hökumətlərarası təşkilatlar