Ramunas Karbauskis (; ) — Litvalı biznesmen, siyasətçi və filantrop.

Bioqrafiyası

Təhsili və işgüzar karyerası Ramunas 5 dekabr 1969-cu ildə Şyaulyay rayonunun Naysyay kəndində anadan olmuşdur. 1987-ci ildə Şyaulyayda Yanonisa Yulius adına orta məktəbi bitirmişdir. Həmin il o, Litva kənd təsərrüfatı akademiyasının aqronomluq fakültəsinə daxil olmuş, 1992-ci ildə isə təhsilini başa vurmuşdur.

Beynəlxalq və rus daması üzrə idman ustasına namizəd olan Karbauskis gəncliyində damaya böyük maraq göstərirdi. 1987–1988-ci illərdə rus daması üzrə Litva gənclər yığmasının üzvü olmuşdur.

1993-cü ildə Karbauskis Agrokoncernas Qapalı Səhmdar Cəmiyyəti şirkətini yaratmışdır. Növbəti iki onillik ərzində "Agrokoncernas" Litvada ən böyük aqrar qruplardan biri olmuşdur. Şirkətdə 800-dən çox insan işləyir. Karbauskis şirkətin tam mülkiyyət hüququna malikdir. Karbauskis Litvanın ən zəngin insanlardan biri hesab olunur.

Siyasi karyerası Siyasətdə 1990-cı illərin ortalarından başlayaraq iştirak edən Karbauskis Seymə üç dəfə seçilmişdir.

1996-cı il seçkilərində o, müstəqil namizəd kimi iştirak edirdi və yeddinci Seym mandatlığına "Şyaulyay kəndi" № 45 seçki dairəsi üzrə seçilmişdir. 1998-ci ildə o "Litva Kəndliləri" partiyasına üzv seçilmiş və onun sədri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər Karbauskis həmçinin Şyaulyay rayonunun özünü idarə şurasının heyətinə daxil olmuşdur.

2000-ci il seçkilərində Karbauskis "Litva Kəndliləri" partiyası tərəfindən təqdim edilərək, öz dairəsi üzrə yenidən seçilmişdir. Səkkizinci Seymdə o, 2000-ci ildən 2001-ci ilə qədər vitse-spiker postunu tutmuşdur.

2009-cu ildən Karbauskis kəndli-xalqçılar Litva İttifaqının sədridir. 2012-ci ildə adı dəyişdirilərək "Kəndlilər İttifaqı və Yaşıl Litva" (SKZL) adlanmışdır. 2012-ci il parlament seçkilərində partiya müvəffəqiyyətsizliyə uğradı. Seçicilərin səslərinin yalnız 3,88 %-ini toplaya bildilər, lakin 2016-cı il seçkilərində partiya rekord həddə — 56 mandat alaraq birinci yeri tutdular. Karbauskis parlament mandatlığına Şilaynyay (Kaunasda) seçki dairəsi üzrə keçmişdir.

Xeyriyyəçilik və ictimai fəaliyyəti Karbauskis Naisiai (açıq səma altında alkoqolsuz yay əyləncə festivalı) ailə festivalını təşkil etmişdir. O həmçinin ssenarist və Naysyay kəndinin tarixinə əsaslanan Naisių vasara serialının prodüseri kimi çıxış edir. Karbauskis bu kənddə anadan olmuşdur.

2013-cü ildə Karbauskis Švieskime Vaikus (gəlin uşaqları öyrədək) xeyriyyəçilik fondunun həmtəsisçisi olmuşdur. Fondu Litva müğənnisi və prodüseri Andryus Mamontovas ilə birlikdə təsis etmişdir.

Karbauskis 2006-cı ildən dama üzrə Litva federasiyasının prezidentidir. 2009-cu ildən Jemaytukas at cinsinin (Litvanın tarixi qoşqu cinsi) Litva assosiasiyasının vitse-prezidentidir.

Ailəsi Karbauskis Lina ilə evlidir və iki oğlu var: Yustinas və Mantas. Onun qardaşı Mindauqas Karbauskis Vladimir Mayakovski adına Moskva Akademik Teatrının bədii rəhbəridir.

İstinadlar

Xarici keçidlər Рамунас Карбаускис: биография, политическая программа и карьера Kateqoriya:İş adamları