Nizami Tağı oğlu Məmmədov () — ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim.

Həyatı Nizami Tağısoy 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Orta təhsilini 1967-ci ildə doğma rayonda başa vurmuşdur. Hələ məktəb illərində divar qəzetində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və məqalələri dərc olunmuşdur.

1968-1970-ci illərdə  ordu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus di­li və Ədəbiyatı fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərq­lənmə diplomu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir.

Elmi-pedaqoji fəaliyyəti Kənd məktəbində işləyə-işləyə təhsil aldığı Institutun aspiranturasına («rus-sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabiqə yolu ilə qəbul olunmuşdur. 1980-1984-cü illərdə aspiranturada təhsil ala-ala ədəbi əlaqələr problemi ilə məşğul olmuş, 1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü» mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.

1984-cü ildən Bakı Slavyan Universitetində  (o vaxtkı M.F.Axundov adı­na Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda) çalışır. Təh­sil aldığı institutda laborantlıqdan professora qədər  ziqzaqlı, çətin, la­kin şərəfli elmi-pedaqoji yol keçmişdir.

Göstərilən dövrdən “XX əsr rus ədəbiyyatı”, “Türk xalqları ədəbiyya­tı”, “Azərbaycan ədəbiyyatı”, “Tərcümə nəzəriyyəsi” fənlərindən rus və Azərbaycan bölmələrində mühazirələr oxuyur, kurs işləri, buraxılış işləri, magistr, doktorluq  dissertasiyalarına rəhbərlik etmiş və etməkdədir.

1990-1992-ci illərdə doktoranturada nəzəri təhsilini davam etdirməklə “XX əsr rus poeziyasının Azərbaycan dilinə tərcüməsi problemləri (1920-1970-ci illər)” mövzusunda doktorluq dissertasiyası üzə­rin­də işləmiş, 1992-ci ildə onu doktorantura müddəti başa çatmazdan ön­cə müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru alimlik də­rəcəsini almışdır.

1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­ta­siya Komissiyasının qərarı ilə ona professor diplomu verilmiş və Bakı Slav­yan Universitetinin professoru vəzifəsinə seçilmişdir.

1995-1997-ci illərdə Bakı Qızlar Universitetində (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası) «Azərbaycan dili və Ədəbiyyatı» kafedrasının müdiri, 1998-ci ildən 2010-ci ilin sonuna qədər Azərbaycan Beynəlxalq Universitetində əvvəl “Azərbaycan dili və Ədəbiyyat”, sonra «Rus dili və Ədəbiyyat» kafedralarının müdiri vəzifələrində çalışmışdır.

2011-ci ilin yanvarından bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsində baş elmi işçi kimi çalışmaqdadır.

Nizami Tağısoy pedaqoji işlə yanaşı məhsuldar elmi fəaliyyətlə məş­ğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozi­um və elmi məclislər, dərgilər, məcmuələr və qəzet səhifələrində 350-dən artıq müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.

Professor Nizami Tağısoyun elmi prioritetlərində tərcümə nəzəriy­yəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünasların aktual problemləri, müasir ədəbi proses və s. istiqamətlər yer almaqdadır. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış bucağı ilə seçilir.

Professor Nizami Tağısoy qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türk­ləri, malkar, özbək, karaim, kumux, noğay, xəzər və d. türk  qövmləri və xalqları ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir. Onun müxtəlif illərdə yazdığı dərslik, metodik və dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərə­fin­dən bəyənilməkdədir. Tanınmış tədqiqatçı mütəmadi olaraq ölkəmizdə və onun hüdudlarından kə­narda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.

Professor Nizami Tağısoy iki onillikdən artıqdır ki, türk xalqlarının folkloru, etnogenezi, epik təfəkkürü, klassik və müasir ədəbiyyatına dair dərslik üzərində işləyir. Bu əsərin çoxcildli nəşri nəzərdə tutulur.

Professor Nizami Tağısoyun nəzəri mülahizələri  istər Azərbaycan-rus, Azərbaycan-özbək, Azərbaycan-qaqauz, Azərbaycan-qazax, Azərbaycan-qaraqalpaq ədəbi əldaqələri, istər mü­asir ədəbiyyatşünaslığın aktual problemləri, o cümlədən A.Blok, S.Yesenin, K.Simonov, V.Luqovskoy, A.Adalis, P.Antokolski, A.Tvardovski, S.Vasilyev, Azərbaycan ədəbiyyatından S.Vurğun, Mir Cəlal, İ.Əfəndiyev, S.Əhmədli, Elçin, Anar, A.Rəhimov, K.Abdulla, E.Hüseynbəyli, R.Rəvan, Ə.Əhməd, K.Kürqıraxlı, M.Dəmirçioğlu, F.Babanlı, Ş.Ağayar, Ə.Xə­ləfli, Y.Nəğməkar, qaraqalpaq yazıçılarından T.Kaipbergenov, İ.Yusupov, qaraçay ədəbiyyatı nümayəndələrindən İ.Xubiyev, H.Bayramukova, qırğız ədəbiyyatından Ç.Aytmatov, tatar ədəbiyyatından Q.Tukay, qaqauz ədəbiyyatından M.Çakır, Q.Qaydarji və başqalarının yaradıcılığı ilə bağlı fikir və mülahizələri Azərbaycan ədəbi tənqidinin orijinal səhifələrindən hesab olunmaqdadır.

Nizami Tağısoy regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 25 ildən artıqdır ki zəhmət sərf edir. Onun son dövr­lərdə Azərbaycanda və Türkiyədə yaşayan Şilyan ellərinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mə­nəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.

Nizami Tağısoy haqqında məlumat “XX əsr Azərbaycan alimləri və ma­arif­çi­lə­ri” bioqrafik kitabına daxil edilmişdir. O, “Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” mükafatı laureatıdır. Nizami Tağısoy müasir ədəbi tən­qi­dimizin müxtəlif tərəflərini çevrələyən məqalələrlə mütəmadi olaraq dövrü mətbuatda çıxışlar edir.

Professor Nizami Tağısoy hazırda Bakı Slavyan Universitetinin «Azərbaycan ədə­biyyatı» kafedrasında elmi-pedaqoji və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsində elmi fəaliyyətlə yanaşı, folklorşünaslığın, türkologiyanın, ədəbiyyatşünaslığın və müasir ədəbi tənqidin müxtəlif problemləri ilə məşğul olur.

Mükafatları Qızıl qələm (2010) Xalqın nüfuzlu ziyalısı (2011) Əməkdar müəllim (2017)

Metodik, tədris vəsaitləri, dərsliklər və kitablar 1. XX əsr rus poeziyası Azərbaycan tər­cü­mə­lərində. Bakı, 1992, 134 s. – rus dilində;

2. Qazax ədəbiyyatı. Bakı, 1993, 70 s. – rus dilində;

3. Əslin milli özünəməxsusluğu və tərcümə. Bakı, 1998. - 68 s. – rus dilində;

4. Poetik tərcümə. Bakı, 2001, 245 s. – rus dilində;

5. Q­a­ra­qal­paq ədəbiyyatı. Bakı, 2007, 296 s. – rus dilində;

6. Qaraqalpaq ədəbiyyatı. Bakı, 2015, 456 s. – Azərbaycan dilində;

7. Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində, 2017, 272 s.

8. Koblandı-Batır (qazax xalq qəhrəmanlıq dastanı), Bakı: “Elm və təhsil”, 2017, 316 s.

9. Мой Азербайджан. Bakı, “Elm və təhsil”, 2018, 128 s

10.Alaş-Orda: Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti. Bakı, “Şərq-Qərb”, 2018, 136 s.  

Monoqrafiyaları 1. Səməd Vurğun dramaturgiyası rus dilində. (Bakı, 1999, 132 s. – rus dilində)

2. Nəsrin axarı: zaman və məkan konteksti. Bakı, 2008, 152 s.   

3. Şilyan: özü, sözü – çeşmənin gözü. Bakı, 2009, 172 s.

 4.Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər. Bakı, 2009. – 76 s.

5. Etnos və epos: keçmişdən bugünə. Bakı, 2010, 372 s. 

6. Meyxanənin poetikası. Bakı, 2011, 432 s.

 7. Qaraçay ədəbiyyatı. Bakı, 2016, 312 s.

8. Elçinin "Baş" romani struktur-funksional təhlil müstəvisində. Bakı, "Təhsil". 2017, 272 s.

9. Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa. Bakı, “Şərq-Qərb”. 2019, 216 s.

10. Nəsimi dini fəlsəfi təlimində Haqqın və İnsanın dərki. Bakı, "Elm və təhsil", 2020, 168 s.

Beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələri 1. Пьеса С.Вургуна "Вагиф" на сцене Азерб. рус. драм. театра. VI Респ. науч. конф. асп. вузов Азерб. - Баку, 1983, с. 280-281.

2. Русские переводы пьесы С.Вургуна «Фархад и Ширин». VII Респ. науч. конф. асп. Азерб. - Баку, 1984, с. 255.

3. Пьеса С.Вургуна "Фархад и Ширин" на сценах русских театров. VIII Респ. науч. конф. асп. Азерб. - Баку, 1985, с. 204.

4. Рус.-азерб.-кие лит-ные взаимосвязи советского пе- риода. Язык.конт. и лит. связи. Респ. науч. конф. мол. ученых. - Баку, 1990, c. 38-39.

5. Верность воспроизвед. изобр.-выраз. средств в азерб. переводах. Респ. науч.  конф. -Баку, 1992, 0,2 п\л.

6. Некоторые замечания по истории перевода в Азер- байджане. – Нясиряддин Тусинин 800 иллик йубилейиня щяср едилмиш республика елми конфрансынын материаллары 2-3 апрел. -Бакы, 2001, с. 36-39.

7. Роль проф. Г.Б.Бабаева в разработке проблем  теории и практики худож. перевода. «Художественный перевод: теория, практика, преподавание. - Тезисы науч. метод. конф. БСУ. - Баку-2002, с.37-38.

8. Еще раз об истории перевода в Азербайджане. Azərb. Beynəlxalq Un-tinin 2001-ci ildə prof.- müəl. heyət. elmi tədq. işin. yekun. həsr  olunmuş elmi konf. materialları. -Bakı, 2002, s.81-83.

9. Проф. Ф.Велиханова – исследователь русских переводов азербайджанской поэзии. ABU professor-müəllim  heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları. 23-24 aprel, 2003. – Bakı, 2003, s. 46-47.

10. Общие или сходные явления в эпосе индийского и тюркского народов / На материале индийского «Махабхараты» и каракалпакского «Кырк кыз». Сравнительное литературоведение. Материалы II международной конференции в БСУ. – Баку, Kitab aləmi, 2004, c.89-92.

11.Основные принципы перевода учебно-педагогической литературы – Международная конференция. Перевод и транснациональные процессы. 14-15 апреля 2005. Материалы. – Баку, 2005, с. 68-77.

12. Фольклорно-этнографические источники, структур- но-композиционные и идейно-художественные особенности ка- ракалпакского эпоса «Кырк кыз». BSU-nun illik elmi-tədqiqat işlərinə həsr olunmuş elmi konfransın materialları. – Bakı, 2003,   s. 143-146.

13. Этапы работы переводчика над художественным тек- стом. Международная научная конференция. Проблемы совре- менного языкознания. – Баку, 18-19 мая 2005, с. 184-185.

14. Hettlər: dini, Allahlar panteonu, mərasimləri, mifləri və əfsanələri. – Beynəlxalq konfrans. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”. IV Uluslararası Folklor Konfransının  materialları. – Bakı, 2006, s. 237-246.

15. Qaqauzların toy-düyün mərasimləri. Beynəlxalq konfrans. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” V Uluslararası Folklor konfransının materialları. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. – Bakı, 17-19 oktyabr, 2007, s. 434-437.

16. Şota Vodaçkoriyanın “Gürcüstanın siyasi fikrində gürcü-erməni münasibətləri məsələləri 1918-1920” kitabının Azərbaycan  dilinə  tərcüməsinin xüsusiyyətləri.  Giya Paçxataşvili tərcüməsi. – Müasir dilçiliyin problemləri /Dil əlaqələri/. – II Beynəlxalq konfrans , 22-23 noyabr 2007-ci il. BSU. – Bakı, 2007, s. 209-212.

17.  Творчество С.Васильева во взаимосвязях с азербай- джанской литературой. Взаимодействие и взаимопроникновение языков и культур! Состояние и перспективы. Материалы международной научной конференции. г. Минск, 20-22 марта 2008. В двух ч., часть 1 – Минск, 2008, с. 206-207.

18.  Balkar-Qaraçay “Nart” qəhrəmanlıq eposu // Digər Qafqaz xalqlarının “Nartları” ilə oxşar və fərqli məqamları // Müqayisəli ədəbiyyat. III Beynəlxalq elmi konfransın materialları. 21-22 noyabr, 2008. BSU. – Bakı, 2008, s. 153-154.

19. Bədii tərcümə üslubi  ekvivalentlik kontekstində  (Kamal Abdullanın «Sehrbazlar dərəsi» romanının rus tərcüməsi) // Azərbaycanşünaslığın aktual problemləri. II Beynəlxalq elmi konfransın materialları. II hissə. 4-7 may 2011. – Bakı – Gənclik. – s. 134-138.