Ymer Pampuri (30 Aprel 1944 – 18 Yanvar 2017) — Alban kişi ağır atleti. 1972 Dünya Ağır Atletika Çempionatında çiyin çəkmə intizamında qızıl medal qazanmışdır. Münhendəki 1972 Yay Olimpiya Oyunlarında iştirak etmiş və həmin il son dəfə proqrama daxil edilən çiyin çəkmə kateqoriyasında Olimpiya rekordu qıraraq birinci yeri tutmuşdur amma, medal qazana bilməmişdir.

Bioqrafiya və Karyerası Pampuri 1944-cü ilin Aprel ayının 30-da, Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 7 yaşında ikən Tirana Sirkində akrobat olaraq işləməyə başlamışdır. 1972-ci ildə Rumıniyada təşkil olunan Avropa Ağır Atletika Çempionatında ölkəsini təmsil etmək üçün seçilmişdir. Bu çempionatda 125 kq. qaldırmağı bacarmış, çempion ilə eyni ağırlığı qaldırmasına baxmayaraq bədən ağırlığının fərqindən ötəri ikinci yeri tutmuşdur. Pampuri həmin il Münhendə təşkil edilən yay olimpiya oyunlarına qatılmış, idmançılar yola çıxmadan əvvəl məşqçisi Zidi Mazreku ilə birlikdə etdikləri şərhdə Albaniyaya olimpiyada medalı gətirəcəklərini öhdələrinə almışdılar. Bir çox Alban idmançı və idarəçi bu öhdəliklərinə gülmüş və ciddi qəbul etməmişdirYmer Pampuri ilə müsahibə . Tirana, Albaniya. 2006-cı ilin Aprel ayının 18-də alındı.. 27 yaşlı Pampuri, Yoşinobu Miyake tərəfindən qurulan Olimpiya rekordunu 127,5 kq-lıq ağırlığı qaldıraraq çiyin çəkmə tərzində qirmışdır. Pampuri bu rekordu 1972-ci ilin Avqust ayının 29-da qırdı və həmən fənn üzrə Dünya Çempionu oldu.

Xarici Keçidlər Pampuri – Ymer Pampuri haqqındakı məqalə. Ymer Pampurinin xatirəsinə bir məqalə

İstinadlar Kateqoriya:Albanlar Kateqoriya:Albaniya idmançıları Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları