Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdırKuba və Mərakeş arasında diplomatik münasibətlər bərpa edilib . apa.az, 27.04.2017 . Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır.

Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.

İstinadlar