() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Azərbaycana qışlamağa gəlir.

Xarakterik morfoloji əlamətləri Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara "yaxalığı" olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür.

Cinsiyyət dimorfizmi Erkəkləri dişilərindən az iridir.

Coğrafi yayılması Avropa, Asiya və Şimali Amerikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında məskunlaşır. Miqrasiyası öyrənilməmişdir.

Növdaxili müxtəliflik Monotipik növdür. Bir yarımnövü var (P. A. Auritus Linn., 1758).

Sayı Azərbaycanda sayı azdır. 2005-ci ilin yanvarında Xəzər dənizinin Azərbaycan hissəsində sayı 11 fərd olub. Sayına qışın şaxtalı keçməsi mənfi təsir göstərir.

Sosiologiyası Tək, cüt-cüt və sürü halında yaşayır.

Sutkalıq fəallığı Əsasən gündüzlər fəal olur. Miqrasiya dövründə axşam və gecə uçur.

Lələkdəyişməsi Cütləşmədən əvvəlki lələkdəyişmə yaşlılarda qışın ortalarından martın axırlarına kimi gedir. Cavan quşlarda qış görkəminə girmək üçün birinci lələkdəyişmə oktyabrın ortalarından yanvarın axırına kimi gedir.

Yemlənmə qaydası Yemini əsasən suya cummaqla suyun alt hissəsindən başını suya salmaqla suyun və bitkilərin üstündən yığır, bəzən isə havada tutur.

Yem xarakteri Zoofaqdır. Əsas yemini su cücüləri, yengəclər təşkil edir. Əlavə yem kimi balıqlardan da istifadə edir.

Yırtıcıları Azərbaycanda düşmənləri məlum deyil.

Biosenozda rolu Hidrofil bitkilərə təsir edən biotik faktorlara daxildir. Hidrofil heyvanlardan yem kimi istifadə edir. Özü isə üçüncü səviyyəli konsumentlərin rasionuna daxildir. Beləliklə, sahil ekosistemlərində maddələrin bioloji dövriyyəsi və enerji çevrilməsində iştirak edir.

İnsan üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Qızılağac Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət yasaqlıqlarında qorunur. Muzeylərdə (kolleksiya) nümayiş etdirilir, populyar maarifçilik ədəbiyyatlarına daxil edilir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur.

Növün qeydiyyat göstəriciləri Elmi fondlarda kolleksiyası saxlanır, muzeylərdə müqəvvası nümayiş etdirilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Həssas növlər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar