Laşa Talaxadze (; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. Üçqat Olimpiya, yeddiqat dünya və Avropa çempionu.

Karyerası 2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.

2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb.

2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.

2016-cı ildə Norveçin Forde şəhərində təşkil edilən ağırlıq qaldırma üzrǝ Avropa Çempionatında qızıl medal qazanıb. O, birdən qaldırma hərəkətində 212 kq, təkanla qaldırma hərəkətində isə 251 kq-ı başı üzərinə qaldırıb. Toplamda 463 kq nəticə göstərən Laşa Talaxadze, həm birdən, həm də təkanla qaldırmada bütün rəqiblərinin qabaqlayaraq qızıl medal əldə edib.

Laşa Talaxadze 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında rekorda imza atıb. O, birdən qaldırma hərəkətində 215 kq, təkanla qaldırmada isə 258 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 473 kq qaldıran Talaxadze qızıl medal qazanıb və dünya rekordunu yeniləyib.

2017-ci ildə Xorvatiyanın Split şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edən Laşa Talaxadze birdən qaldırmada 217 kq, təkanla 250 kq və iki hərəkətin cəminə görə 467 kq qaldıraraq qızıl medala sahib olmuşdur.Тяжелоатлет Лаша Талахадзе установил новый мировой рекорд

Əsas nəticələri İlMəkanÇəki Birdən (kq) Təkanla (kq) Ümumi Sıra 1 2 3 Sıra 1 2 3 Sıra Olimpiya Oyunları 2016 Rio-de-Janeyro, Braziliya +105 kg 205 210 215 2 242 247 258 1 473 |- ! colspan=13 | Dünya Çempionatı |- | 2010 || align=left | Antalya, Türkiyə || +105 kg || 157 || <s>162 || 162 || 27 || <s>180 || <s>180 || -- || -- || -- || -- |- | 2011 || align=left | Paris, Fransa || +105 kg || 175 || 180 || <s>187 || 16 || 207 || 207 || -- || 25 || 387 || 20 2015 Hyuston, ABŞ +105 kg <s>200 200 207 || | 238 <s>247 247 || 454 || Avropa Çempionatı 2016 Forde, Norveç +105 kg 200 207 212 || 235 241 251 || 463 || 2017 Split, Xorvatiya +105 kg 203 210 217 || 238 245 250 || 467 || Yeniyetmələr arasında dünya çempionatı 2013 Lima, Peru +105 kg 185 190 <s>195 || 217 || 221 || -- || 411 |- ! colspan=13 |U23 Avropa çempionatı |- | 2016 || align=left | Eilat, İsrail || +105 kg || 193 || 200 || 205 || 222 235 -- || 440 || Yeniyetmələr arasında Avropa çempionatı 2011 Buxarest, Rumıniya +105 kg 175 180 185 || 205 || 212 || 217 || 402 |- | 2012 || align=left | Eilat, İsrail || +105 kg || 175 || 183 || 190 || 205 222 <s>232 || 412 || Gənclər arasında Avropa çempionatı 2010 Valensiya, İspaniya +94 kg 150 155 158 || 175 || 182 || 187 || 345 '''

İstinadlar

Xarici keçidlər

Laşa Talaxadze Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında

Kateqoriya:Gürcüstan ağır atletləri Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Ağır atletika üzrə dünya çempionları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2020 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Ağır atletika üzrə Avropa çempionları Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları