V sülalə — Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə. Təxminən e.ə 2504–2347 illərdə hakimiyyətdə olub.

Ümumi məlumat Bu sülalənin hakimiyyəti dövründə dini inanclarda mühüm dəyişikliklər baş verib. Piramidalarda hək olunan yazılar Misirdə cənazə ədəbiyyatının ilk nümunələridir. Baş Allah Ranın kultu daha da inkişaf edib. Absirdə onun şərəfinə məbədlər ucaldılıb. Dini mərkəz olan Heliopolis şəhərinin əhəmiyyəti artıb. Bununla yanaşı axirət dünyasının hökmdarı Osirisə inam da genişlənib. V sülalənin fironları piramidaların inşasına davam etsələr də bu ehramlar əvvəlki zamanlara nisbətən daha kiçik ölçüdə idi. Dini təsirin güclənməsi ilə bu xanədanlığın dövründə fironların mərkəzi hakimiyyəti zəifləməyə başlayıb, yerli idarəçilərin və kahinlərin rolu artıb. Bu isə yekunda V sülalənin sonunu gətirib çıxartıb.

Fironlar Ad Şəkil Hakimiyyət illəri (təqribən) <center>Userkaf<center><center>110px<center><center>e.ə. 2504–2496<center><center>Saxura<center><center>110px<center><center>e.ə. 2496–2483<center><center>Neferirkara Kakai<center><center>110px<center><center>e.ə. 2483–2463<center><center>Şepseskara<center><center>110px<center><center>e.ə. 2463–2456<center><center>Neferefra<center><center>110px<center><center>e.ə. 2456–2445<center><center>Niuserra<center><center>110px<center><center>e.ə. 2445–2414<center><center>Menkauxor<center><center>110px<center><center>e.ə. 2414–2405<center><center>Cedkara<center><center>110px<center><center>e.ə. 2405–2367<center><center>Unis<center><center>110px<center><center>e.ə. 2367–2347<center>

Memarlıq thumb|left|300px|Əbu Qorab məqbərəsi - Memfisdə günəş allahı Ranın evi thumb|left|300px|Sakkardakı Unis piramidası

İstinadlar

Kateqoriya:Qədim Misir sülalələri