() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur. Yumurtalıq dairəvi, sütuncuğa bərabər və ya çox az uzundur. Çiçəkləmə və meyvə əmələgətirmə dövrümay ayına əsadüf edir. Mezokriptofit, duzadavamlıdır. Soğanaqla çoxalır.
Yayılması Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Orand kəndi yaxınlığında, dəniz səviyyəsindən 1700 m hündürlükdədir).
Sayı və tendensiyası Populyasiyanın yegane lokaliteti olan Hirkan Milli Prakında qorunmasına baxmayaraq ətraf mühitin dəyişilməsindən asılıllığı azalma tendensiyasına səbəb olur.
Məhdudlaşdırıcı amillər Hal-hazırda populyasiyanın qorunmasına və sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması təhlükə yarada bilər.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə heç bir tədbir görülmür. Yasaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:Bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:30–34 ID olan Taksonbar