() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanağı yumru, böyük, 3-4 sm enində və 5 sm hündürlüyündədir. Tünd-qonur qınlarla əhatə olunmuşdur. Bitki 20(40) sm hündürlükdədir. Yarpaqları enli-xətvari, kənarları dişli, kələ-kötür, yaşıl, kütdür, payızda çiçəklərlə birlikdə əmələ gəlir. Çiçəkyanlığı parlaq-sarı rəngdədir. Borucuğu qısadır, 30-40 sm uzunluğunda, uzunsov – ellipsivari hissəciklərdən təşkil olunmuşdur. Erkəkcikləri büküklərdən 2 dəfə qısadır. Yumurtalıq uzunsov-yumurtavari, oturaqdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə, meyvə əmələgəlmə dövrü sentyabr – oktyabr aylarına təsadüf edir.Kserofitdir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağının quru yamaclarında bitir. Zəhərlidir. Dekorativ və dərman bitkisidir.

Yayılması Samur-Dəvəçi ovalığı (Xaçmaz, Samurçayın mənsəbi (çay ağzı), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Ağsaqlar kəndinin ətrafı), Lənkəran ovalığı.

Sayı və tendensiyası Populyasiyalarında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. AMEA Nəbatət Bağında süni şəkildə becərilir.

Məhdudlaşdırıcı amillər Populyasiyanın növ sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, mal-qara tərəfindən otarılma və tapdalanma. 

Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərin axtarmaq təklif olunur. 

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkmənistan florası Kateqoriya:Tacikistan florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:İspaniya florası