() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Gövdəsi süpürgəvari budaqlanan, 50-80 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzunsov və ya ensiz elliptik, 10-20 sm uzunluqda, 2-4 (7) sm enindədir. Gövdə yarpaqları çoxsaylı, aşağıdakılar uzunsov, digərləri uzunsov – lansetvari və ya lansetvari, oturaq, gövdəni bürüyən, lap yuxarıdakılar kiçilmişdir. Çiçək qrupu süpürgə, azçiçəkli, qıvrımlıdır. Kasacıq 5–7 mm uzunluqda, boz rəngdədir. Tac 8–10 mm uzunluqda açıq bənövşəyi rəngdədir. Fındıqçası çoxsaylı, uzun, nazik, löbərvari qopartikanlıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi mart-aprel aylarına təsadüf edir. Düzən və dağətəyi ərazilərdə, əsasən meşələrdə rast gəlinir.
Yayılması Lənkaran ovalığı və dağlıq hissələridir.
Sayı və tendensiyası Populyasiyanın təbii bərpasının çox zəif olması və iqlimin mənfi təsirlərdən asılılığı müşahidə olunur. Xüsusi yaşayış mühitinə tələbkar bitkidir.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (otarılma, tapdalanma) və iqlimdir.
Mühafizə tədbirləri Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax