() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Məlumat azlığı" – DD. Qafqazın endemik növüdür.
Arealı Kiçik Qafqazın cənub sahəsi (Yuxarı Qarabağ, Zəngilan rayonu – Pirçevan kəndinin ətrafında).
Botaniki xarakteristikası 16 sm-dək hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqcıqlar 7-11 cüt, sivriləşmiş, 13 mm-dək uzunluqda, 1-1,5 mm enində, üst hissədə zəif, aşağı hissədə isə sıx sıxışdırılmış boz-tükcüklüdür. Salxım çiçək qrupu boş, 6-12 çiçəklidir. Kasacıq sıxışdırılmış ağımtıl və qara tükcüklü; dişlər bizvari; 2-3 dəfə borucuqdan qısadır. Paxlalar düz, silindrik, 4,5-6 sm uzunluğunda, nazik, 10 mm-dək uzunluqda buruncuqludur.
Ekologiyası Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir. Quraqlığa davamlı, işıqsevəndir, toxumla çoxalır, orta dağ qurşaqlarında, quru, daşlı və çınqıllı yamaclarda rast gəlinir, taxıl-müxtəlifot qruplaşmalarında bitir. Xüsusi mühafizə tədbirləri aparılmır. Sayı və tendensiyası haqqında məlumat yoxdur. Məhdudlaşdırıcı amillər haqqında məlumat yoxdur.
Azərbaycanda yayılması Azərbaycanın nadir bitki növüdür. Zəngilan rayonunda bitir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax