() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1b (i,ii,iii)+ 2ab (i,ii,iii). Azərbaycanın nadir növüdür.
Arealı Türkiyənin şərqindən İranın şimal-qərbinə qədər ərazilərdə yayılmışdır.
Sinonimləri
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir, boyu 40-50 sm-dir. Kökətrafı yarpaqları çox uzundur, dərivaridir, xətlidir, kənarları bütövdür. Çətirlərinin diametri 10-12 mm-dir, təpədə olan çətirləri 2-3 ədəddir. Sarğı yarpaqcıqları çiçəkdən iki dəfə uzundur və sərtdir. Meyvələri tikanlıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyun, meyvəvermə iyul aylarına təsadüf edir. Mezokserofit bitkidir. 1500-1700 m dəniz səviyyəsi hündürlüyündə yayılmışdır, tək-tək halda müşahidə edilir. Çay kənarlarında, otlu yamaclarda və subalp çəmənlərdə rast gəlinir.
Yayılması Naxçıvanın dağlıq hissəsidir (Şahbuz rayonu — Küküdağ (Dərəboğaz), Culfa rayonu — Aracıq dağ (Xəzinədərə), Ordubad rayonu — Parağa kəndi ətrafı).
Sayı və tendensiyası Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.
Məhdudlaşdırıcı amillər Antropogen amillər və iqlim.
Mühafizə tədbirləri Populyasiya təhlükə altında olduğundan qorunması vacibdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər