Hadrian fallusu (Elmi adı - Phallus hadriani) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
Qısa morfoloji təsviri Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari və ya şar formalı, əsasında saçaqlı mitseliyə malikdir. Peridi yetişdikdə partlayır və azad olan reseptakul ayaqcığın əsasında volva kimi qalır. Reseptakul silindrik, məsaməli, ağ, sarımtıl-ağ və ya zambaqvari çəhrayi rənglidir, 18x2 ölçüdədir. Ayaqcığın təpəsində yerləşən papaqcıq 3-4 sm hündürlükdə, torvari-oyuqludur, papaqcığın kənarı düz olmayandır və reseptakulun kənarındaki nazik dəricikli örtüklə qovuşmuşdur. Sporlar hamar, 2-2,5 x 1,5 sm, ellipsoidal, rəngsiz və ya zəif yaşılvari-sarıdır.Сосин П.Е., 1973Sadıqov A.S., 2003
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Humus saprotrfodur. May-oktyabr aylarında iynəyarpaqlı əkinləri olan parklarda və bağlarda rast gəlinir.
Yayılması Hadrian fallusu Azərbaycanda Balakən rayonu şəhər parkı; Abşeron, Mərkəzi Nəbatət bağı ərazisində yayılmışdır.Tərtibçilərin məlumatları.
Sayı və tendensiyası Hadrian fallusunun populyasiyasına az rast gəlinir.
Məhdudlaşdırıcı amillər Naməlumdur, güman edilir ki, iqlim şəratinə çox tələbkardır.
Mühafizə tədbirləri Populyasiyanın vəziyyətinə nəzarət vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiyasını və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Göbələklər Kateqoriya:1789-cu ildə təsvir edilən taksonlar