Bixaç () — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir"Saopstenje : İlk Buraxılışı" (PDF). Bhas.ba. Alındı: 2013–11–23.. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir.
Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir.
Coğrafiyası Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir.
Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir. Bixaç bələdiyyəsinin böyük bir qismi bulaqlar, çaylar və yeraltı suları ilə zəngindir. İqlimi əksəriyyətlə mülayimdir. Bələdiyyə yay mövsümündə çox isti və quru olur.
Demoqrafiyası 2013-cü ildəki rəsmi siyahıyaalmaya görə, Bixaç bələdiyyəsi 48 yaşayış məntəqəsinə paylanan 56,261 nəfərlik bir əhaliyə sahib idi.""Bosniya və Herseqoviandakı əhali, ev təsərrüfatlarının və yaşayış sayımı, 2013: Son nəticələr" (PDF). Bosniya və Herseqovina Statistika Agentliyi." (PDF). Bosniya və Herseqovina Statistika Agentliyi. 14 iyul 2016-cı ildə alındı.Kitabın rəsmi nəticələri: Bosniya və Herseqovina əhalisinin etnik quruluşu, bələdiyyə və məskunlaşma vahidləri, 1991, siyahıyaalma, Bosniya və Herseqovina — Bilten no.234, Sarayevo 1991. Bihaç bələdiyyəsinin əhalisi il2013. 1991. 1981. 1971. Boşnaklar49,550 (88.07%)46,737 (66,07%)40,041 (61,09%)37,325 (64,14%)Serblər910 (1.61%)12,689 (17,93%)11,093 (16,92%)12,096 (20,78%)Xorvatlar3,265 (5.8%)5,580 (7,88%)5,855 (8,93%)6,824 (11,72%)Yuqoslavlar0 (0%)4,356 (6,15%)7,364 (11,23%)1,133 (1,94%)Başqaları2,536 (4.5%)1,370 (1,93%)1,191 (1,81%)807 (1,38%)Ümumi56,26170,73265,54458.185
Görkəmli şəxsiyyətləri Saşa Matiç — Muğənni Alen Islamoviç — Muğənni Azra Kolakoviç — Muğənni Djanan Musa — Basketbolçu Irfan Lyubiyankiç — Həkim, bəstəkar və siyasətçi Borislav Stankoviç — Köhnə basketbolçu və məşqçi Safet Nadareviç — Futbolçu Zele Lipovaça — Boşnak rok qrupu olan Divliye Jaqode-nin baş üzvü Zlatko Dediç — Futbolçu Nihad Hasanoviç — Yazıçı və tərcüməçi Faruk Şehiç — Şair Mersada Beçirspahiç — Köhnə basketbolçu Mehmed Alaybeqoviç — Siyasətçi və vəkil Ferid Djaniç — İkinci dünya müharibəsində Berlin-Roma-Tokio oxu əsgəri Saşa Raduloviç — Serb mühəndis və siyasətçi
Yaşayış Məntəqələri Bayriçi Brekovisa Buqar Çukovi Dolyani Donya Qata Dubovsko Qoriyevas Qrabej Qrmuşa Hrqar Izaçits Yezero Kalati Kulen Vakuf Lohovo Lohovska Brda Mala Petsa Mali Skoçay Medzudrajye Muslitsi Ostrovisa Papari Praşçiyak Pritoka Raçits Rayinovsi Ripaç Spahitsi Srbliyani Velika Qata Veliki Skotsay Veliki Styenyani Vikitsi Vrsta Zavalye i Zlopoliyas
Həmçinin Bax Bosniya diyarı Plitviçka Gölləri Milli Parkı
Xarici Keçidlər Rəsmi şəhər təqdimatı Preminqer Pivə Zavodu
İstinadlar
Kateqoriya:Bosniya və Herseqovina şəhərləri Kateqoriya:Bosniya və Herseqovina coğrafiyası Kateqoriya:Bosniya və Herseqovina Federasiyası Kateqoriya:Avropa coğrafiyası