Meri Lerrant adına Tallin Beynəlxalq Hava Limanı — Estoniyanın əsas hava limanı. airBaltic şirkətinin xidmətində olan hava limanı. Təsviri Hava limanı Tallin şəhər mərkəzindən 4 km aralıda yerləşir. Hava limanı Muuqa limanından 20 km, Tallin sərnişin limanından isə 5 km aralıda qərarlaşır. left|thumb|200px Hava limanının bir uçuş-eniş zolağı vardır. Uzunluğu 3 480 metr, eni isə 45 metrdir. Hava limanının 8 girişi vardır. Əsasən orta ölçülü təyyarləri qəbul edir. Bu tip təyyarələrə misal kimi Boinq 737—300/500 və Airbus A320 göstərmək olar. Hava limanı Boinq-747 tipli təyyarələri qəbul edə bilir. Hava limanına enmiş ən böyük hava limanı Volqa-Dnepr aviaşirkətinə aid olan An-124 təyyarəsi olmuşdur. Hava limanı bütünlüklə Estoniya dövlətinin mülkiyyətidir. 2011-ci ildə hava limanı 1,913,172 sərnişinə xidmət etmişdir Sərnişin terminalı 1980-ci ildə Moskva Olimpiyadası ilə əlaqədar inşa edilmişdir. 2007-ci ilin qışından 2008-ci ilin yayına qədər genişmiqyaslı təmir işləri aparılmışdır.

29 mart 2009-cu ildə Estoniya prezidenti Lennart Merinin 80 illiyi münasibətilə (1929—2006) Tallin Beynəlxalq hava limanının adına onun adı verilmişdir. 8 noyabr 2015-ci ildə Estonian Air şikəti rəsmən müflis olması barədə məlumat verdiyindən uçuşlar dayandırılmışdır.

Daşıyıcılara və təyinat yerləri

airBaltic - Riqa, Berlin, Vyana, Paris

air Lituanica - Vilnüs

Avies - Kuressaare, Kyardla, Payala, Tursbyo

EasyJet - London

Finnair - Helsinki

LOT Polish Airlines - Varşava

Lufthansa - Frankfurt

Norwegian Air Shuttle - Oslo

Ryanair - Berqamo, Bremen, Dyuseldorf, Jirovo, London, Oslo Mövsümü reyslər: Dublin, Milan (1 iyun 2014), Maçester

TAP Portugal - Lissabon (4 iyul 2014)

Turkish Airlines - İstanbul

Vueling Airlines - Mövsümü: Barselona

Аэрофлот - Moskva

thumb|right|Tallində aeroport binası (2006)

Sərnişin dövrüyyəsi +Xidmət göstərilmiş sərnişinlərinin sayı (min. nəf)200520062007200820092010201120122013201420152016140115421728181213461385191322071959201721672222

İctimai nəqliyyat Hava limanına №2 (şəhər mərkəzindən və dəniz limanında) və №65 (Lasnamyae rayonundan) avtobus maşrutları hərəkət edir. Hava limanından Lux Express Group şirkətinə aid avtobuslar Tartuya hərəkət edir.

İstinadlar

Mənbə Hava limanının rəsmi saytı Таллиннский аэропорт получил имя Леннарта Мери

Kateqoriya:Estoniya hava limanları