Xocasadəttinzadə Mehmed Əsad Əfəndi () — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. II Osmanın qaynatasıdır.
Həyatı Atası III Mehmed dönəmində şeyxülislam olmuş Xoca Sadəttin Əfəndidir. Uşaqlığından bəri atasından və Molla Tofiq Gilanidən dərslər almış, daha sonra Süleymaniyyə mədrəsəsində təyin olunmuşdur. 1596-cı ildə Ədirnə qazısı, ardından Anadolu başqazısı seçilmişdir. Atasının şeyxülislamlığı dönəmində İstanbul qazısı kimi fəaliyyət göstərmişdir. Böyük qardaşı Xocasadəttinzadə Mehmed Çələbi Əfəndinin şeyxülislam olması ilə Anadolu başqazılığına geri qaytarılsa da, qardaşının vəfatı ilə bu vəzifəsindən azad edildi. Ardından həccə getdi və qayıtdıqdan sonra Rumeli başqazısı seçildi.
Qardaşının vəfatının ardından onun yerinə şeyxülislam seçildi. Bu vəzifədə ikən önəmli siyasi hadisələr baş verdi. I Mustafanın taxta çıxarılmasında və yenidən endirilməsində önəmli rol oynamışdır. Dövlət işlərinə müdaxiləsi səbəbilə II Osmanla münasibətləri korlandı. Qızı Aqilə Xanımın padşahla evlənməsinə qarşı çıxsa da, buna mane ola bilmədi. Qohumluq əlaqəsi olmağına baxmayaraq II Osmanın yeritdiyi siyasətə qarşı çıxdı. Bir sultanın həcc ziyarətinə getməyinin şəriət qanunlarına zidd olduğunu izah etsə də, gənc sultan onu dinləmədi. Buna görə də II Osman əleyhinə çıxan üsyanlar əsnasında üsyançıların istədiyi fətvaları vermişdir.TDV İslam Ansiklopedisi, cilt: 11, sayfa: 340
II Osmanın vəfatının ardından I Mustafanın yenidən taxta keçməsinə qarşı çıxsa da, mane ola bilməmiş, bu səbəblə 21 may 1622 tarixində vəzifəsindən öz istəyilə ayrılmışdır. Bundan bir il sonra IV Murad dönəmində vəzifəsinə geri qayıtmışdır. 22 may 1625 tarixində vəfat etmiş, cənazəsi atasının türbəsinə dəfn edilmişdir.
Şəcərəsi Şeyxülislam Bostanzadə Mehmed Əfəndinin qızı ilə evlənmiş, bu nigahdan 5 övladı dünyaya gəlmişdir: Əbusəid Mehmed Əfəndi Arifi Mehmed Əfəndi (1596 - iyul 1622) — Üləma zümrəsindəndir. 1615-ci ildən İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq fəaliyyət göstərdi. Cənazəsi Əyyubsultandakı ailə məzarlığındadır. Arifi təxəllüsü ilə türkcə şeirlər yazmışdır. Bir oğlunun olduğu məlumdur. Saffəti Mehmed Əfəndi (1618 - 1664) — Üləma zümrəsindəndir. 1640-1651-ci illərdə müdərris, 1651-1661-ci illərdə isə müxtəlif əyalətlərdə qazı olaraq fəaliyyət göstərdi. Cənazəsi Əyyubsultandakı ailə məzarlığındadır. Əbussüud Mehmed Əfəndi (ö. 1682) — Üləma zümrəsindəndir. Bursa qazısı ikən burada vəfat etdi. Bir oğlunun olduğu məlumdur. Əbdürrəhman Faiz Əfəndi (ö. 26 yanvar 1726) — Üləma zümrəsindəndir. Qazəsgər Əbdülbaki Arif Əfəndinin qızıyla evləndi. İlk öncə müxtəlif mədrəsələrdə müdərris, daha sonra Qalata və Misir qazılığına yüksəldi. Aqilə xanım Adı bilinməyən bir qızı — şeyxülislam Əbussuud Əfəndinin nəvəsi Mehmed Əfəndiylə (ö. 1639) evləndi. Bir oğlu oolduğu bilinir. Sadıq Əfəndi (ö. 1672) — Üləma zümrəsindəndir. İstanbul qazılığına qədər yüksəlmişdir.
Mənbə Kateqoriya:14 iyunda doğulanlar Kateqoriya:22 mayda vəfat edənlər
Kateqoriya:Şeyxülislamlar