() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i).

Botaniki xarakteristikası Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında, quru daşlı yamaclarda, qayalı ərazilərdə rast gəlinir.

Yayılması Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Qarababa, Badamlı, Kükü kəndləri ətrafı və Keçəldağ).

Sayı və tendensiyası İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər Populyasiyanın zəif təkrarlanması, ekoloji və antropogen təsirlərdir.

Mühafizə tədbirləri Təbiətdəki vəziyyəti böhran həddə çatmış və nəsli kəsilmə ehtimalı olan növ kimi Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax