Qorqud Əlisəmid oğlu Cəfərli () — aktyor, rejissor.

Həyatı Qorqud Əlisəmid oğlu Cəfərli 1990-cı il avqustun 6-da Bakıda anadan olub. Respublika İncəsənət Gimnaziyasıında təhsil alıb. Rüstəm İbrahimbəyovun Kino Akademiyasını bitirib. 2008-ci ildən 2012-ci ilə qədər "İbrus" teatrında aktyor çalışıb.

Hələ məktəb vaxtlarından səhnədə dram lirik-psixoloji üsluba bir neçə obrazlar ifa edib. Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Məmmədkamal Kazımov, Muxtar Maniyev, Zemfira Əbdülsəmədova, Şəfiqə Məmmədova, Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlərdən dərs alıb.

Səhnədə yaratdığı obrazlar arasında Xosrov("Xosrov və Şirin"), Vəzir ("Vaqif"), Şahzadə ( "Balaca şahzadə"), Ramiz ("Tartyuf Ağayev") xüsusilə seçilir.

Qorqud Cəfər kino fəaliyyətində ilk dəfə 18 yaşında kino rejissor Çingiz Rəsulzadənin "Kuklalar"bədii filmi təqdim olunmuşdur. azertag.az, 10.12.2010 bədii filmində Mikki obrazı ilə film debütünü etmişdir. Daha sonra O, bir çox bədii filmlərdə və teleseriallarda əsas rollara çəkilib.

Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibi.I Ümumrespublika Teatr Festivalının qalibləri bəlli olub.apa.az, 02.12.2011 . Gənclərin III Ümumrespublika Teatr Festivalında (ən yaxşı aktyor) nominasiyasının qalibi olub.III Ümumrespublika Teatr Festivalının qalibləri elan olundu. kulis.lent.az, 02.04.2015 . Şair Əlisəmid Kürün oğludur.

Filmoqrafiya Kuklalar (film, 2009) – Mikki Kabusun gözüylə (film, 2010) Döngələr (teleserial, 2012) Dəfnə ağacı (teleserial, 2016) – Rəvan Hədiyyə (film, 2016) Nazlı (film, 2017) Xənnas (film, 2017) İnkoqnito (film, 2012) Göyçək Fatimə (film, 2013) – Anar Son hədd (film, 2013) Lal skripka (film, 2014) İkinci pərdə (film, 2017)

İstinadlar

Xarici keçidlər Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları