Elmi adı- Ilex hyrcana PojarkAzərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri 3–6 m hündürlüyündə, 7 −8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2–7 sm uzunluğunda, 1–3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7–9 m m uzunluğunda, 6–7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3–8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir.Azərbaycanın ağac və kolları, 1970
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir. Toxumla və vegetativ yolla çoxalır. Dağınıq halda fıstıq, fıstıq-vələs, palıd və qarışıq meşələrdə kolluq əmələ gətirir. Əsasən orta və yuxarı dağ dağlıq, nadir hallardaaşağı meşə qurşaqlarında, sıx meşələrdə, keçilməz dərələrdə və çay vadilərində bitir. Hirkan Milli Parkının Şuvi meşəbəyliyində 1200–1700 m dəniz səviyyəsindən yüksəklikdə keçilməz kolluq yaradır. Torpağa tələbkardır. Təbii yayılma şəraitində rütubətli və kölgəli yerlərə uyğunlaşmışdır. Dekorativ bitkidir. Balverəndir. Oduncağının xüsusi çəkisi 0,78 -ə yaxındır. Tornaçı, dülgərlik və s. məmulatlarının düzəldilməsi üçün qiymətlidir. Meyvələrindən sirkə hazırlanır, yarpağı, meyvələri və qabığı xalq təbabətində istifadə edilir.Azərbaycan SSR-in Qırmızı kitabı, 1989Səfərov H. M., Fərzəliyev V. S., 2008
Yayılması Lənkəranın dağlıq hissəsi (Lerik rayonu-Lerik və Mastal kəndləri arasındakı meşələrdə; Lənkəran rayonu — Aşağı və Yuxarı Apu kəndləri; Masallı rayonu-Masallı ilə Yardimlı arasında; Yardımlı rayonu-Perembel kəndi ətrafında və Viləşçay vadisində), Kiçik Qafqazın mərkəzi hissəsi (Xankəndi, Badara və Daşaltı kəndlərinin ətrafı).Safarov H. M., 2010
Sayı və tendensiyası Hirkan Milli Parkında mühafizə olunmasına baxmayaraq, antropogen təsirlər populyasiyanın azalmasını sürətləndirir.Tərtibçilərin məlumatları
Məhdudlaşdırıcı amillər Ağacların qırılması, mal-qara ilə otarılmasıdır.
Mühafizə tədbirləri Hirkan Milli Parkında mühafizə olunur.
İstinadlar Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar