İnternetin Arxitekturası Şurası və ya qısaca IAB () – internetin rəhbər orqanlarından biri. ISOC-un tərkibinə daxil olan bu qurum yeni protokolları, standartları, şəbəkənin inkişafı layihələrini, ünvanların verilməsi qaydalarını və s. təsdiq edir. İctimai əsaslarla fəaliyyət göstərir, ancaq IAB-ın üzvləri yalnız peşəkarlar və nüfuzlu şəxslər ola bilər. IAB IANA, IETF, IRTF komitələrinə (qruplarına) rəhbərlik edir.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.

Xarici keçidlər rəsmi saytı

Kateqoriya:İnternet Kateqoriya:İnternetin idarə olunması təşkilatları Kateqoriya:Beynəlxalq təşkilatlar