Cozef Morqan (, doğum adı: Cozef Martin) — İngiltərəli aktyor və rejissor. The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri və onun spin-off versiyası olan İlk Doğulmuşlar seriallarında oynadığı Klaus Mayklson rolu ilə tanınır.

Həyatı Cozef London şəhərində doğulub, lakin 11 il Uelsin Suonsi şəhərində yaşayıb. O ailənin böyük uşağıdır. Cosef əvvəlcə Morriston Comprehensive School məktəbində təhsil aldı. Daha sonra isə incəsənət üzrə Gorseinon Kollecində (hazırda Gower College Swansea adlanır) təhsilini davam etdirdi. Yeniyetməlik vaxtlarında isə Londona qayıdaraq burada Central School of Speech and Drama universitetinə daxil oldu.

Kariyerası Cozef karyerasına Sky One kanalının serialı olan Cadu serialında Troy rolu ilə başladı. Daha sonra Aleksander, Usta və Komandir: Dünyanın Uzaq Tərəfi kimi filmlərdə eləcə də BBC Two kanalında Gözəllik Xətti serialında rol aldı. O həmçinin Dok Martin və Bədbəxt Hadisə serialında eləcə də Billi Piper ilə birgə Mansfild Parkı filmində çəkilib.

Cozef Vampirin Gündəlikləri serialında Klaus Mayklson rolunu, və Henri Kavill ilə birgə 2011-ci il filmi olan Ölümsüzlər filmində Lisander roluni ifa edib. BuddyTV onu "2011-ci ilin ən seksual kişisi" kateqoriyasında 84-cü yerə layiq görüb. 2013-cü ilin yanvar ayında Vampirin Gündəlikləri-nin spin-off versiyası olan İlk Doğulmuşlar serialının yayımlanacağı və Klaus rolunun Cozef tərəfindən oynanılacağı xəbəri verildi.

Şəxsi Həyatı Cosef Positive Women layihəsinin dəstəkçisidir eləcə də fanatlarına ad günündə bu layihəyə dəstək olmaq üçün ianə verməyə çağırır. Vampirin Gündəlikləri serialının çəkilişləri zamanı aktrisa Persia Vayt ilə tanış olur və 2014-cü ildə 3 illik münasibətdən sonra nişanlanır. Onlar 2014-cü il 5 iyulda Yamaykanın Oko Rios şəhərində evləndilər. O Persianın digər evlilikdən olan qızının ögey atasıdır.https://web.archive.org/web/20140911030756/http://dailyentertainmentnews.com/tv/top-10-things-persia-white-vampires-diaries-actor-joseph-morgans-wife/

Filmoqrofiyası thumb|250px|right|Cozef 2011-ci ildə San Dieqoda Comic Con-da + Film İl Filmin adı Rol Qeydlər 2003 Eroika Mattias 2003 Henri VIII Tomas Kulpepper 2003 Usta və Komandir: Dünyanın Uzaq Tərəfi Uilliam Uarley, Mizzentopun kapitanı 2004 Aleksander Filotas 2005 Uilliam və Meri Kallum 2006 Kennet Uilliams: Fantabulosa! Alfi 2007 Mansfild Parkı Uilliam Pris 2011 Krest Mələkləri Rusti 2011 Əzab Paul 2011 Ölümsüzlər Lisander 2011 Bu Əllər İlə Corc Qısametrajlı film, həmçinin prodüser və ssenarist 2013 İnqilab rejissor/ssenarist, qısametrajlı film 2013 Açıq Məzar Natan 2014 Armistik A. C. Budd 2014 Şimala 500 Mil Ceyms Hoq2014 Ehtiras Erik Aşvort + Televiziya İl Filmin adı Rol Qeydlər 2002 Qulyabanilər Reverend Parr 2004 Cadu Troy 2006 Gözəllik Xətti Casper 2007 Səssiz Şahid Metyu Uilliams 2007 Dok Martin Mik Mabli 2008–09 Bədbəxt Hadisə Toni / Toni Ris 2010 Ben Hur Cuda Ben-Hur 2011–2016 Vampirin Gündəlikləri Klaus Mayklson Ardıcıl rol: 2-ci mövsümƏsas rol: 3–4-cü mövsümlərQonaq qismində: 5–7-ci mövsümlər 2013–indiyədək İlk Doğulmuşlar Klaus Mayklson Baş rol

Rejissor kimi + Televiziya İl Filmin adı Qeydlər 2016 İlk Doğulmuşlar Seria: "Qara Üfüqün Arxası" 2017 İlk Doğulmuşlar Seria: "Evin Sahibləri"

Qələbələr İl Mükafat Katqoriya Namizəd Nəticə 2011 Yeniyetmə Seçimi Mükafatı Choice TV Villain Vampirin Gündəlikləri 2012 Yeniyetmə Seçimi Mükafatı Choice TV Villain Vampirin Gündəlikləri 2013 Yeniyetmə Seçimi Mükafatı Choice TV Villain Vampirin Gündəlikləri 2013 TV Guide Mükafatı Choice TV Villain Vampirin Gündəlikləri 2014 Xalqın Seçimi Mükafatı Yeni serialda bəyənilən aktyor İlk Doğulmuşlar 2014 Yeniyetmə Seçimi Mükafatı Ən yaxşı elmi fantastikada rola görə İlk Doğulmuşlar 2014 MTV Millennial Mükafatı El Mejor Chupasangre (Az: Ən yaxşı vampir) İlk Doğulmuşlar 2015 Yeniyetmə Seçimi Mükafatı Ən yaxşı elmi fantastikada rola görə İlk Doğulmuşlar 2016 Yeniyetmə Seçimi Mükafatı Choice TV: Liplock (Leah Pipes ilə paylaşdı) İlk Doğulmuşlar

Xarici Keçidlər

Curtis Brown Talent Agentliyinin aktyorluq CV və profil saytı

İstinadlar Kateqoriya:İngiltərə aktyorları Kateqoriya:1981-ci ildə doğulanlar Kateqoriya:16 mayda doğulanlar Kateqoriya:Londonda doğulanlar Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:XXI əsr aktyorları