Plov və ya aş — düyü əsasında xörək.

Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir.

Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. thumb|200px|Azərbaycan poçtu tərəfindən buraxılmış poçt markası (2005).

Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər". Plovun üstündən ya bir qab ayran içilir, ya bir fincan iskəncəbi. Bütün bunlar yağın tamam parçalanıb həzm edilməsinə müsbət təsir göstərir. Düyüdən ən mükəmməl və çoxsaylı plovlar, xörəklər, əlbəttə ki, Azərbaycandadır. Əsas səbəblərdən biri də Azərbaycanın dünyanın bu hissəsində çəltikçiliyin, çəltikçilik mədəniyyətinin təməlində durması, çəltiyin ən çox əkilib-biçildiyi yer olmasıdır. Çəltik də çox zəhmət tələb edən bitkidir. Yetişdiyi ölkələrdə mütləq müqəddəs, çox qiymətli məhsula dönüb, folklora, mifoloji təfəkkürə daxil olub. Yaponiyada düyü o qədər müqəddəsdir ki, Siz düyünü nə qədər boşqabınıza qoymuşsunuzsa, o qədər yeməlisiniz. Qabda bir dənə də düyü qalmamalıdır. Yoxsa yaponu təhqir etmiş və buna cavab verməli olacaqsınız. Yaponlar düyünü yastıqlara belə doldurub baş altına qoyurlar. Yaponiyada düyü istehsalı yüksək olsa da, onu heç vaxt ixrac etmək, ya başqa ölkələrdə yetişdirib ölkələrinə gətirmək istəmirlər. Yaponiyanın qədim paytaxtı Kiotda Funaoko təpəsində müqəddəs daş var. İki rəngarəng daş tülkü heykəli bu daşı qoruyur. Bu qurbanlıq altarın pilləkənlərində bir qab düyü, fisincan su və bir fincan duz qoyulur. Burada insanlar düyü ilahından arzu diləyir, arzunun həyata keçməsi üçün yüz dəfə bu altarın (minbərin) ətrafına dolanırlar. Yaponiyada təzə evlənənlərə düyü çörəkləri verirlər ki, doğumlu, uzunömürlü, varlı olsunlar. Düyü sözünün mənasını "Kənzul İsthani" tərcümə edən (XVIII əsr) Əhməd Cavid belə verir: "dügü – nəyinsə yağı alındıqdan sonra dibində qalan hissəyə və qazanın dibində yapışıb qalan yemək artığına deyilir". Düyü təmizləndikdən sonra əsasən yağsız nişastadan ibarətdir ki, əriyəndə, bişəndə yapışqanlıq yaradır. "Düyünün çox məşhur taxıl olduğunu bilmək lazımdır. Ərəbcə ona "ərrüz" deyərlər. Ərəblər "ərrüzz" sözünü yunan dilindən öyrəniblər". Sanskritcə düyü "urihi" adlanır. Tibet traktatı "Vaydurya — onbo" da (XVII əsr) düyüyə "So-ba" deyilir və ağrıyan yerlərin üzərinə dəmlənib qoyulması məsləhət görülür.Tahir Əmiraslanov Düyü plovu Faydaları: Bədəni kökəldir, beyinə, qəlbə və ciyərə qüvvət verir, sahih mizaçlılar üçün olduqca uyğun bir qidadır. Meniyi artırar, soyuqluğu və bəlğəmi bədəndən və mədədən atar, nəmli mizaçlılara və çalışanlarla qəhrəmanlara son dərəcə faydalı bir yeməkdir, bəlğəmi atır.

Plovlar Bükmə plov Şeşəndaz plov Şüyüd plov Meyvə plov Toyuq plov Çığırtma plov Qiymə plov Xam-döşəmə plov Səbzi-qovurma plov Ov quşu ilə plov Ali müsəmbə plov Şirin plov Lobya-çilov plov Fisincan plov Südlü plov Kükü plov Qiymə-çığırtma plov Şah plov

Hazırlanma qaydası left|thumb|250px|Aşqara. Plov bişirmək üçün düyü arıdılır və 7–8 saat islağa qoyulur. Həmin suya duz tokülür. Böyük qazanda su qaynadılır və duzlanır. Düyü duzlu suda bişirilməlidir. Bunun üçün 1 kq düyüyə 6 litr su və 50 qram duz götürülür. Düyü qaynadıqda onun kəfi alınır. Bir qədər qaynadıqdan sonra düyüdən kəfkirlə götürülüb iki barmaq arasında əzilir. Əgər düyünün içi az da olsa əzilirsə, düyü süzülür. Düyü həlimlidirsə üstünə qaynar su gəzdirilir.

Süzmə plovlar Süzmə plovlar bir qayda olaraq, qazmaqla hazırlanır. Qazmaqlar müxtəlif olur. Yumurta qazmağı hazırlamaq üçün bir neçə yumurta çalınır, içinə bir qaşıq xama tökülür və süzülmüş düyü qatılıb qarışdırılır. Qazanda yağ qızdırılır və həmin qarışıq qazanın dibinə yayılır. Qazmaq özünü tutduqdan sonra süzülmüş düyü yavaş-yavaş qazana tökülür, zəfəran dəmlənir (1 qr zəfəran 100 qr suya tökülür və 60–70 dərəcəyə qədər qızdırılır) və düyünün üstünə çilənir. Bundan sonra plov dəmə qoyulur. Buxar qazana tökülməsin deyə, qazanın qapağı dəsmalla tutulur.

Çox vaxt plov üçün yuxa qazmaq hazırlanır. Bunun üçün bir qədər un, bir az yağ, su və duz ilə xəmir yoğrulur. 1–2 sm qalınlıqda yayılır və qazanın dibindəki dağ olunmuş yağın üzərinə salınır. Yuxa özünü tutandan sonra plov dəmə qoyulur.

İstinadlar

Həmçinin bax Azərbaycan mətbəxi

* Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Küçə yeməkləri Kateqoriya:Talış mətbəxi Kateqoriya:Düyü xörəkləri Kateqoriya:Afrika mətbəxi Kateqoriya:Balkan mətbəxi Kateqoriya:Qafqaz mətbəxi Kateqoriya:Mərkəzi Asiya mətbəxi Kateqoriya:Fransa mətbəxi Kateqoriya:İran mətbəxi Kateqoriya:İraq mətbəxi Kateqoriya:İsrail mətbəxi Kateqoriya:Yəhudi mətbəxi Kateqoriya:Qazaxıstan mətbəxi Kateqoriya:Qırğızıstan mətbəxi Kateqoriya:Kürd mətbəxi Kateqoriya:Latın Amerikası mətbəxi Kateqoriya:Ləzgi mətbəxi Kateqoriya:Şərq mətbəxi Kateqoriya:Osmanlı mətbəxi Kateqoriya:Pakistan mətbəxi Kateqoriya:Cənubi Asiya mətbəxi Kateqoriya:Sovet mətbəxi Kateqoriya:Tacikistan mətbəxi Kateqoriya:Türkmənistan mətbəxi Kateqoriya:Dünya mətbəxi Kateqoriya:Yemək növləri Kateqoriya:Qaraçı mətbəxi Kateqoriya:Albaniya mətbəxi Kateqoriya:Braziliya mətbəxi Kateqoriya:Uyğur mətbəxi Kateqoriya:Hindistan mətbəxi Kateqoriya:Kipr mətbəxi Kateqoriya:Latviya mətbəxi Kateqoriya:Litva mətbəxi Kateqoriya:Özbəkistan mətbəxi Kateqoriya:Rumıniya mətbəxi Kateqoriya:Tatarıstan mətbəxi Kateqoriya:Yəmən mətbəxi