() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi sinfinə və qrupuna aiddir. Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda yayılmışdır. Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir.

Botaniki xarakteristikası Hündürlüyü 30-100 sm və daha çox olan bozumtul yaşıl rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir. Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir. Budaqcıqların ucunda 2-5 çiçək yerləşir. Çiçəkyanı yarpağın ucu tikanlı, çiçək qrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Azərbaycanda yayılması Azərbaycanda Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında aranda bitir.

Ekoloji qrup və bitdiyi yerlər Halomezofitdir, psammofit-litoral bitkilik tipində rast gəlir. Əsasən dəniz kənarı zolaqlarda, nəmli, şoran, qumsal yerlərdə çox vaxt edifikator rolunu oynayır. Xəzərin sahillərində cəngəllik əmələ gətirir.

Kimyəvi tərkibi Flavonoidlərlə zəngindir.

Təsiri və tətbiqi Xalq təbabətində tətbiq edilir. Diuretik təsirə malikdir, sidik kisəsi və qadın xəstəliklərində, eləcə də ishal zamanı istifadə olunur.

İstifadə olunan hissələri Müalıcə məqsədi ilə bitkinin çiçəkləri və meyvələri istifadə edilir.

İstifadə formaları Dəmləmələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi Alçaq çəpərlərin qurulması üçün istifadə olunur. Gövdələrindən həsir toxunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Braziliya florası Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları