Stellerit – Ca [AlSi3O8]2 · 7H2O — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Əvvəllər stelleritə düzbucaqlı lövhəcik habituşlu stilbitin morfoloji növ müxtəlifliyi kimi baxılırdı. Hazırda o, kalsium və silisiumla zəngin stilbit-stellerit fasiləsiz izomorf sırasının son üzvü sayılır. Müstəqil mineral növü hesab edilir.
Xassələri Rəng – rəngsiz, ağ, çəhrayımtıl - ağ; Mineralın cizgisinin rəngi – açıq rəngli; Parıltı – sədəfi, tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,1; Sərtlik – > 3; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: lövhəvarı; Mineral aqreqatları: çox parçalanmış lövhə şəkilli əmələgəlmələr.
Mənşəyi və yayılması Hidrotermal damarlarda rast gəlir. Birlikdə rast gəldiyi minerallar: kalsit, stilbit, epistilbit. Mineralın tapıldığı yerlər: Berinq dənizində Miss adası (ABŞ) və b. Azərbaycanda Kiçik Qafqazın Şimal-Şərq hissəsində Gəncəçayın sol sahilində Qırıqlı kəndi yaxınlığında tapılmışdır.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
THE MINERAL STELLERITE
Kateqoriya:Tektosilikatlar Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Seolitlər Kateqoriya:Rombik sinqoniya mineralları