Quadelupa adası () — vulkan mənşəli ada. İnzibati baxımdan Meksikanın Aşağı Kaliforniya ştatı Ensenada vahidliyinə daxildir. Adanın poç indeksi — 22997.

Coğrafiya Ada Aşağı Kaliforniya ştatı sahillərindən 241 km qərbdə yerləşir. Ensenada şəhərindən məsafə isə 400 km-dir. Ada iki vulkandan ibarətdir. Şimalında yerləşən vulkan daha gənc və hündürdür. Adanın uzunluğu (şimaldan cənuba) 35 km, eni 9,5 km təşkil edir. Ümumi sahəsi 244 km² bərabərdir. Adada bir sıra silsilələr vardır. Onların ən hündürü okean səviyyəsimdən 1298 metr gündürlüyə malikdir. Adanın şimalında yeləşir (Avqusta dağı) və 975 metr hündürlüyə malik dağ isə cənubundadır (El-Pikaço).

Ekologiya XIX əsrin əvvəllərində balina və suiti ovçusu olan ruslar adaya keçi gətirmişlər. Sonradan onlar adanın bütün bitki örtüyünü məhv etmişlər. Ada 1928-ci ilin 16 avqust tarixində milli park elan edilmişdir (bu Meksikanın ən qədim qoruğudur). Adadan keçilərin köçürülməsi tam olaraq 2005-ci ildə başa çatmışdır.

Adada yayılmış iri endemik canlılar: Qvadelupa dəniz pişiyi (Arctocephalus townsendi) Salpinctes obsoletus guadalupensis Carpodacus mexicanus amplus Junco hyemalis insularis

Mənbə Quadelupa adasınln görüntüləri http://www.islandconservation.org/guadalupe.html

Kateqoriya:Meksika adaları Kateqoriya:Sakit okeanın adaları