Karen Kokburn () — Kanadanı təmsil edən batut gimnastı. Karen Kokburn, 2000, 2004, 2008 və 2012-ci illərdə Kanadanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında bürünc, 2004 Afina və 2008 Pekin Olimpiadalarında isə gümüş medal qazanan Karen Kokburn, həm də Dünya Çempionatlarında 2 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.
Karyerası 2000 Sidney Olimpiadası Karen Kokburn, 2000-ci ildə Kanada bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Kokburn, 37.40 xal topladı və 8 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.
2004 Afina Olimpiadası Karen Kokburn növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 39.20 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq Olimpiya Oyunlarının gümüş medalını qazandı.
2008 Pekin Olimpiadası Karen Kokburn üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 37.00 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq yenə Olimpiya Oyunlarının gümüş medalını qazandı.
2012 London Olimpiadası Karen Kokburn sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 55.860 xal topladı və 8 idmançı sırasında 4-cü yeri tutdu.
İstinadlar
Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2000 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2004 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2008 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2007 Pan Amerika Oyunlarının medalçıları Kateqoriya:2015 Pan Amerika Oyunlarının medalçıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Kanada idmançıları Kateqoriya:Olimpiya medallı gimnastlar