Ejen Bürnuf (12.8.1801, Paris – 28.5.1852, Paris) — fransız şərqşünası.Ejen Bürnuf // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 154. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Həyatı Xartiyalar məktəbində (1822) və Hüquq məktəbində (1823–24) təhsil almışdır. Kollej de Fransın professoru (1832) və Fransa İnstitutu Kitabələr Akademiyasının üzvüdür.
Fəaliyyəti Pali dilinin elmi tədqiqinin əsasını qoymuş, buddizm problemləri ilə məşğul olmuş, Avesta ədəbiyyatı və dilini araşdırmışdır. "Bhaqavat-purana"nı fransız dilinə tərcümə etmişdir (1–5 cildlər, 1840–98).
Həmçinin bax Avesta Şərqşünaslıq
İstinadlar
Xarici keçidlər Ejen Bürnuf Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:De Frans Kollecinin müəllimləri Kateqoriya:Fransa şərqşünasları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri