Sarı torpaqlar — gilli şistlər üzərində formalaşmış torpaq tipi.

Torpaqəmələgətirən süxurlar Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisium miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır.Quliyev İ. Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014

Morfoloji əlamətləri Torpaq horizontunun ümumi qalınlığı 30–40 sm-dən 60–70 sm-ə qədərdir. Bu torpaqlarda aşağıdakı horizontları qeyd etmək olar: A0 – meşə döşənəyi (3–4 sm), A1 – humuslu horizont, bozumtul-sarımtıl rəngli, ağır giilicəli; A2 – podzollaşmış, üzərində sarı çalarlı, qonur-sarımtıl rəngli, gillicəli, B – illüvial horizont, açıq sarı və üzərində sarı-manqanlı ləkələr, topavari-prizmavari strukturlu, gillicəli, C-müxtəlif rəngli torpaqəmələgətirən süxurlar.

Bu torpaqlar azotludur və bəzi kül elementləri ilə zəif təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir.

Yarımtipləri Sarı torpaqları 4 tipə ayırırlar: sarı torpaqlar podzollu sarı torpaqlar sarı-qleyli torpaqlar podzollu-sarı-qleyli torpaqlar.

Yayılması Sarı torpaqlar Çində, ABŞ-nin cənubunda, Yeni Zelandiyada, həmçinin Gürcüstanın qərb bölgələrində və Azərbaycanda yayılmışdır.

Azərbaycanda Azərbaycanda sarı torpaqlar əsasən Lənkəran ovalığında yayılmışdır.

İstinadlar

Xarici keçidlər Azərbaycan torpaqları

Kateqoriya:Torpaq tipləri