Qıjovçu balığı () — sümüklü balıqlar sinfinin nümayəndəsi.
Morfoloji əlamətləri Qıjovçu () — cinsi Çəkiyəbənzərlər fəsiləsinin nümayəndəsidir. Bel üzgəcində 6-9, anal üzgəcində 10-16 şüa, yan xəttində 43-56 pulcuq var. Bədəni uzonsovdur, başı kiçikdir, ağzı başın ucundadır. Udlaq dişləri iki cərgəlidir. Ucları azacıq əyilib.Uzunluğu adi qıjovçunun uzunluğu qədərdir (13 sm-ə qədər). Yayılması Azərbaycanda ümumi səciyyəsinə görə cinsə identik olan Alburuoides bipunctatus eichüaldi Filippi yarımnövü yaşayır.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 112. Kür hövzəsində subalp zonasına qədər rast gəlinir. Samur, Viləş, Qumbaşi, Lənkəran çaylarında və dağ göllərində qeydə alınır. Dərbəndən cənuba Dağıstan su hövzələrində, Şərqi Gürcüstanın, Şimali İranın çay və göllərində, Türkmənistanın kiçik çaylarında, Mürqabda, Amu-Dəryanın yuxarı və orta axarında, Zərəfşən çayının aşağılarına qədər qeydə alınır. Yaşayış yeri və həyat tərzi Qıjovçu şirinsu balığıdır, çayın sürətli axan, dibi çınqıllı, daşlı və suyun qıjovlu yerlərində yaşayır. Qıjovçu - bentik orqanizmlərlərin sürfələri, çaylarda eləcə də diatom yosunları ilə qidalanan balıqdır.
Çoxalması Həyatının ikinci ilində cinsi yetkinliyə çatırlar. Uzunluq və kütləsinə uyöun olaraq, respublikanın şimal-şərqində olan fərdlər daha məhsuldadır (3 min kürüyə qədər). Məsələn, Köndələnçayda bu göstərici 2 minə, Soyuqbulaqda 1,5 minə bərabərdir. Kürü tökmə uzunmüddətlidir. Dağ və aran çaylarının temperatur rejimindən asılı olaraq apreldən avqustun sonuna qədər çəkir. Təsərrüfat əhəmiyyəti Qıjovçu balığının təsərrüfat əhəmiyyəti yoxdur.
Həmçinin bax
Qıjovçular
Ədəbiyyat
Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 112. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 235. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 154 s.
Mənbə
Kateqoriya:Azərbaycan faunası Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər