Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
Həmçinin bax: Ağrıdağ Ağqaya (Babək rayonu) Qoşundaş dağı Güllüdağ Quşdaş dağı Çaxmaqlı
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları