Buzqov dağı – Babək rayonu ərazisində dağ (hünd. 2475,5 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Buzqovçayın mənbə hissəsində, Yuxarı Buzqov kəndindən 2,3 km şimal-qərbdədir. Orta Triasın Anizi mərtəbəsinə aid Ərdağı lay dəstəsinin massiv dolomitlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında, eyniadlı qırılmanın asılı şimal qanadı boyunca uzanan Keçəltəpə antiklinalının şimal qanadında yerləşir. Qərb və şərq yamaclarında şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları izlənilir.
Həmçinin bax: Qapıcıq dağı Cindağ (Şahbuz) Ağrıdağ Ağqaya (Babək rayonu) İstinadlar
Kateqoriya:Babək rayonunun dağları