Koşki adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir.
Yerləşməsi Laptevlər dənizini ərazisində, Şokalski boğazının şimal-qərbində, Oktyabr İnqilabı adasından 2,7 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. İki ada arasında məsafə 950 metrdir. Böyük ada 2,3 km uzunluğa və 900 m enə malikdir. Kiçik ada isə 750 m uzunluğa və 450 m enə malikdir. Ən hündür nöqtəsi 14 metrdir. Bu yüksəklik Boyük adada yürləşir. Digər adada isə yüksəklik 9 metrdir. Ayrılıqda adları yoxdur.
Xəritə Xəritə
Kateqoriya:Laptevlər dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları