Səfərov Yunis Baxşəli oğlu () – həkim-baytar, pedaqoq, baytarlıq elmləri doktoru (1964), professor (1964).  

Həyatı 1926-cı ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsini, 1953-cü ildə isə keçmiş Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. Elmi-təşkilati fəaliyyəti 1964-1971-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda baytarlıq fakültəsinin dekanı olub. 1971-1977-ci illərdə Epizootologiya və Mikrobiologiya kafedrasının müdiri olub. 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetində Zoologiya kafedrasının müdiri işləmişdir. Elmi tədqiqatlarının əsasını heyvanlarda, xüsusilə qoyunlarda, habelə xəzdərili heyvanlarda (qunduzlar) və quşlarda yoluxucu xəstəliklərin(enterotoksemiya, bruselyoz) öyrənilməsi, onlara qarşı müalicə-profilaktika və peyvənd materiallarının (vaksinlər) hazırlanması təşkil edir. Yunanıstanda keçirilən Beynəlxalq mikrobiologiya konqresinin vitse-prezidenti seçilmişdir. Elmi kadrlar hazırlanmasında xidməti var.

Elmi əsərləri 200-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 14 dərslik və tədris-metodiki vəsaitin müəllifidir. Bir neçə müəlliflik şəhadətnaməsi almışdır. Mükafatları “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. İstinadlar

Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Naxçıvan Dövlət Universitetinin məzunları Kateqoriya:15 mayda doğulanlar Kateqoriya:28 martda vəfat edənlər Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları Kateqoriya:SSRİ mikrobioloqları Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri