278x278px|thumb|WiGig
WiGig — Standart olaraq İEEE 802.11ad təyin olunmaqdadır.
Wireless Gigabit Alliance WiGig (, Naqilsiz Geqabit qrupu) yeni nəsil simsiz rabitə standartıdır. Bu standart IEEE 802.11ad standartı adlanır. WiGig texnologiyası bizə məlum 802.11ac standartından fərqli olaraq 60 GHz tezlik diapazonundan istifadəni nəzərdə tutur. WiGig ilə təchiz edilmiş kompüter və noutbuklara xarici daşıyıcı, proyektor və başqa periferiya qurğularının qoşulması üçün daha kabelə ehtiyac olmayacaq və fərdi kompüterdəki Full HD və daha yüksək formatda filmi planşetə iki dəqiqəyə ötürmək mümkün olacaq. WiGig texnologiyasını dəstəkləyən ilk qurğu 2015-ci ildə nümaişə çıxarılmışdır. Sözügedən qurğu "Qualcomm Snapdragon 810" mobil çipidir. Bu çip "WiGig" texnologiyasını dəstəkləyən birinci mobil platformadır və nəticədə 4K formatlı videonun yayımını həyata keçirmək mümkün olacaq. WiGig texnologiyası WiFi Aliance tərəfindən 2017 ilin sonuna doğru istifadə ediləcəyi nəzərdə tutulur. 2018-ci ilədək bütün dünyada WiGig texnologiyasının köməyi ilə məlumatların yüksəksürətli simsiz ötürülməsini dəstəkləyən 125 milyon mobil fərdi kompüter və 36 milyon smartfon buraxılacaq.
WiGig haqqında 2009-cu il 7 may tarixində ictimayətə məlumat verilmişdir. 2009-cu ilin dekabırında isə WiGig-in ilk 1.0 versiyası yaradılmışdır.WiGig Alliance to Push 6 Gbps Wireless in the Home , GigaOmWhy WiGig? , Small Net Builder
İstifadəçilər
Şirkətlər
AMD Atheros Communications Inc Cisco Systems, Inc Dell Inc Intel Marvell International LTD MediaTek Inc. Microsoft NVIDIA Panasonic Samsung Electronics Toshiba
Qismən iştirak edən şirkətlər
Agilent Technologies Beam Networks CSR Harman International Nitero NXP Ralink Technology Realtek Samsung Electro-Mechanics STMicroelectronics Tensorcom, Inc Texas Instruments TMC
İstifadə sahələri 2013–2020 Wigig 802.11ad standartının istifadə olunan sahələri:
İndustrial & Others (Sənaye) Home Electronic Devices (Ev elektron cihazlar) Computing Devices (Hesablama cihazları) Communication Devices (Rabitə cihazları)
Xüsusiyyətləri 200px|thumb|WiGig 60 GHz tezlikdə işləyən bu texnologiya, eyni otaq içərisində 10 metrlik məsafə və uyğun şərtlərdə WiGig istifadə edən qurğular arasında 8 Gbps məlumatları daşıya biləcək tutuma malikdir. Yəni 1 saniyə kimi bir müddətdə 1 GB qədər məlumatı alıb göndərmək mümkün olacaq. 10 metrlik məsafədən sonra məsafə artırıcı qurğular ilə əhatə dairəsini inkişaf etdirilə bilər. WiGig texnologiyasını saxlayan qurğular mənzil xaricində 2.4 GHz və 5 GHz tezlikdə işləyən WiFi standart rejimdə əlaqə edə biləcək qabiliyyətə sahib olacaqlar. Mövcud simsiz rabitə WiFi standartının ən sürətlisi olan IEEE 802.11ac ortalama 1.5 Gbps sürətinə çıxarkən, WiGig ilə 8 Gbps sürətinə çıxmaq mümkün olacaq. WiGig, WiFi Aliance qrupu tərəfindən təsdiqlənmiş bir standartdır. 300px|thumb WiFi 802.11ac 5 GHz 802.11n 1.5Gbps 80 metrə 3 antena ilə WiGig 802.11ad 60 GHz Uyğunluğu yoxdur 8Gbps Təxminən 10 metrə
Əməkdaşlıq 2010-cu il 10 may-da Wifi Alliance və WiGig qrupu naqilsiz multiqiqabit şəbəkənin inkişafı üçün əməkdaşlıq etməyə razılaşdılar. Wifi qurğuları üçün yeni nəsil liçenziyalı proqramların hazırlanmasına başladılar.
Həmçinin bax Bluetooth IEEE 802.15 Media Agnostic USB Ultra-wideband (UWB) WiDi Wireless Home Digital Interface (WHDI) Wireless USB ZigBee
İstinadlar
Xarici keçidlər – official site IEEE 802.11ad Tutorial IEEE 802.11ad White Paper IEEE Std 802.11ad access entry page
Kateqoriya:Simsiz şəbəkələr Kateqoriya:IEEE standartları